Mosulun İŞİD-dən təmizlənməsi istiqamətində aparılan əməliyyatlarda xüsusi rol alan bir qrup da Həşdi Şabidir.
313news xəbər verir ki, İraq milli məclisinin qəbul etdiyi qərara görə Həşdi Şabinin kimliyi və strukturu rəsmi olaraq tanınaraq "Həşdi Şabiyə tabe olan qruplaşmalar hərbi və təhlükəsizlik tədbirlərini Baş Nazirin göstəriş və təlimatları ilə həyata keçirir" deyildi.
Bundan əlavə, artıq bu quruma təyinat almaq və üzvlərinin təqaüdə çıxmaq kimi hüquqları tanındı: "Həşdi Şabiyə tabe olan qruplaşmalar İraqın üzləşə biləcəyi təhlükəsizlik və terrorçuluq fəaliyyətlərinə qarşı əməliyyatlar keçirmək, şəhərlərin terrorçu qruplaşmalardan geri alınması və təhlükəsizliyinin təmin edilməsində, terror qrupları və onlarla əməkdaşlıq edənlərin zərərsizləşdirilməsində lazım olan hərbi gücdən hüquqi yollarla istifadə edəcəklər".
Baş Nazirə isə Həşdi Şabi şəxsi heyətinin sayının təyin edilməsi, silahlanmaları və aparacaqları əməliyyatları təsdiq etmə səlahiyyətləri verildi. Ancaq qərar sünni qruplar tərəfindən etirazla qarşılandı.
Həşdi Şabinin tərkibinə Bədr döyüşçüləri, Əsaib-əhləl-haqq, Sərayes-Səlam, Səraye-Aşura, Abbas Müharibə Qüvvələri, Nücəba Hərəkatı, Hizbullah*, Kətaib İmam Əli və digər qüvvələr daxildir.
*burada sözügedən İraq Hizbullahıdır