ABŞ-la Yaponiya arasında nüvə silahının tranziti barədə gizli saziş var

Bu barədə Kiodo informasiya agentliyi məlumat yayıb
Vaşinqtonla Tokio arasında 60-cı illərin əvvəlindən Amerika nüvə silahının tranziti barədə məxfi saziş mövcuddur. Bu barədə Yaponiyanın Daxili İşlər Nazirliyinin yüksək səviyyəli əməkdaşları məlumatlıdırlar. Onlar bu razılaşma barədə hər bir baş nazirə və ya öz nazirlərinə xəbər vermirlər. Belə ki, ölkədə hakimiyyət tez-tez dəyişir. Kiodo informasiya agentliyi Yaponiyanın xarici  işlər nazirinin dörd keçmiş birinci müavinlərinə istinadən belə məlumat yayıb. Onlar da öz dövrlərində bu sirri saxlayıblar.
Qeyd edək ki, Tokio rəsmi olaraq üç nüvə prinsipinə sadiqdir – nüvə silahına malik olmamaq, istehsal etməmək və nüvə silahı idxal etməmək. Amma 1960-cı ildə Yaponiya ABŞ-la ikitərəfli hərbi danışıqlara yenidən baxaraq ABŞ-ın müvəqqəti olaraq nüvə silahı daşıyan gəmilərinin ölkəyə girməsinə və təyyarələrinin uçuşuna göz yumacağına gizli olaraq söz verib. 1963-cü isə bu səlahiyyətlər yenidən gizli olaraq təsdiqlənib və həmin vaxtdan qüvvədədir./ANS PRESS/    

В этом разделе