Dünyada silah satışı artıb

Son 6 il ərzində dünyada yüngül və atıcı silahların leqal satışı təxminən 3 milyard dollar artıb. BMT-nın rəsmi hesabatına istinadən SİA xəbər verir ki, bu halda bazarın real həcmi 4 milyard dolları keçir. Bu nəticəyə 53 ölkənin gömrük xidmətlərinin verdiyi məlumatlar əsasında gəlinib. 




Hesabatda həmçinin deyilir ki, silahın fərdi növlərinin artmasında əsas məsuliyyət yenə də ABŞ-ın üzərinə düşür. “ABŞ dünyada silah bazarını tənzimləməkdə davam edir. Bu ölkə tapança, revolver, ov silahları və kiçik kalibrlı hərbi sursat idxal edən ən böyük ölkədir”, - deyə BMT-nın mətbuat xidməti bildirib. 
Bundan başqa il ərzində daxili bazarında silahların həcminin 100 milyon doları keçdiyi ölkələr İtaliya, Almaniya, Avstriya və Belçikadır. Ən çox silah alan ölkələr isə ABŞ, Almaniya, Səudiyyə Ərəbistanı və Kiprdir.

Faktxeber.com
 


В этом разделе