Moskva və Vaşinqton silahlar barədə danışıqlara başlayır

Strateji Hücum Silahları haqda yeni müqaviləni müzakirə etmək üçün Moskvaya Amerika dövlət katibinin müavini Rouz Getemüllerin başçılıq etdiyi ABŞ nümayəndə heyyəti gəlib.

İkigünlük danışıqlar çərşənbə axşamı başlanır.

Nüvə raketlərin sayının ixtisarını tənzimləməli yeni müqavilə bu ilin sonu müddəti bitəcək müvafiq ikitərəfli razılaşmanı əvəzləməlidir. Həm ABŞ həm də Rusiyanın siyasi rəhbərliyi yeni müqavilənin zəruriliyini qeyd edir, ancaq müşahidəçilərə görə, bu müqaviləni razılaşdırmaq elə də asan olmayacaq, beləki, ehtimallara görə, tərəfləri arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

Doğrudur, açıq şəkildə hələ nə ABŞ, nə də Rusiya öz rəsmi təkliflərini açıqlamayıb.

Rusiyanın Xarici İşlər Nazirliyində bildirilir ki, mayın 19-20-si keçiriləcək danışıqlar adı fikir mübadiləsi olmayacaq, burada tərəflər öz konkret təkliflərini təqdim etməklə cələcək müqavilənin konkret müzakirəsinə keçəcəklər.

Müşahidəçilər tərəfindən son dərəcə mürəkkəb məsələ sayılan Strateji Hücum Silahlarının ixtisarı haqda müqavilənin müzakirəsinə isə çox az vaxt verilir.

Beləki, bir neçə ay ərzində geniş müqavilə hazırlanmalı və imzlanmalıdır.

Həmçinin onun həm Rusiyanın Dövlət Duması, həm ABŞ-ın Konqresindən keçməsinə vaxt olmalıdır.

Hazırda qüvvədə olan müqavilə bu ilin dekabrın 5-də bitir.

Bu baxımdan bəzi ekspertlərə görə, hazırkı müqavilənin vaxtının bitməsi gününə yeni razılaşmanın hasil olmamasını da istisna etmək olmaz.

Səbəb isə yeni razılaşmanın məğzi ilə bağlı mümkün fikir ayrılıqları ola bilər.

Moskvalı politoloq Aleksandr Pikayevə görə, “məsələn, amerikalılar çox guman operativ hazırlıqlı silahları ixtisar etmək istərdilər, ehtiyatda, anbarlarda olan silahlara bu şamil edilməyəcək, Rusiya bununla razı deyil. İkincisi neçə ixtisar olunmalıdır - ixtisarlar ancaq başlıqlar, yoxsa habelə daşıyıcılara da aid olacaq, bu işdə də fikir ayrılığı mümkündür”.

Digər ekspert Andrey Piantkovski danışıqlarda sədd ola biləcək bir məqama da diqqət yönəldir:

"Əlbəttə əvvəlki vaxtlara nisbətən bu dəfə işi çətinləşdirəcək məqam ABŞ-ın Şərqi Avropada raket əleyhinə sistem yerləşdirmək niyyətləri olacaq", - deyir cənab Piantkovskiy.

Rusiya mətbuatına görə, Moskva bu məsələni hazırlanan müqavilə ilə birbaşa bağlamaq istəyir.

Əgər ABŞ öz niyyətlərindən vaz keçsə onda Moskva nüvə raketləri haqda müqaviləyə daha pozitiv yanaşa bilər.

Bu baxımdan ekspertlərə görə, bu məqam danışıqları xeyli uzada bilər. /BBCAzeri/


В этом разделе