»»

Səhih əl Buxarinin ingilis tərcüməsi və İsanın (əs) qayıtması məsələsi

Xülasə:

Səhih əl Buxarinin ərəb/ingilis nəşrinin 4-cü bab, 658-ci hədisində "İmam"ın zühur etdiyi dövrdə İsa  (ə) peyğəmbərin gəlişindən qısa bəhs edilir. 
Sonrakı nəşrlərdə tərcümə olduqca fərqli şəkildə dəyişdirilmişdir!

Sübut, Araşdırma və Nəticə

Səhih əl Buxari Əhli Sünnənin ən qabaqcıl hədis  kitablarındandır və onlar hesab edir ki, o Qurandan sonra ən etibarlı kitabdır.  Onun ingilis dilinə tərcüməsi Mühəmməd Muhsin Xan tərəfindən 9 cilddə hazırlanmışdır və bir neçə dəfə nəşr olunmuşdur.
Müzakirə edilən hədis Dar əl Fikr nəşrində yer alıb (tarixi bəlli deyil, amma sonunculardandır):


Səhih əl Buxari, Əl-Buxari, Muhammad b. Ismail (Hicri 256-cı ildə vəfat etmişdir), cild 4, səh. 437, hədis 658 Beyrut, Dar al-Fikr (9 cild), Mühəmməd Muhsin Xanın tərcüməsi

658. Əbu Hüreyrə rəvayət etmişdir: "Allah Rəsulu dedi: "Məryəmin oğlu (yəni İsa) zühur edəndə sizin halınız necə olacaq? O, insanlar arasında İncilin yox, Quranın hökmləri ilə hökm edəcək"".
(Fəthul Bari səh. 059, cild 8)

Ərəbcə olan mətni bir az anlayanlar görəcək ki, hədisin ərəb variantında altından xətt çəkilmiş hissə (wa imaamukum minkum) və İngilis tərcüməsi tamamilə fərqlidir!

Dəqiq tərcümə belə olmalıdır:

Məryəmin oğlu nazil olanda və imamınız sizlərdən biri olanda sizin halınız necə olacaq?

Xətib Təbrizinin "Mişkat əl Məsabih" kitabını Ceyms Robson tərcümə etmişdir. Kitabda Səhih Əl Buxaridən həmin hədis sitat gətirilib:

Mişkat əl Məsabih, Xətib Təbrizi (Hicri 737-cü ildə vəfat etmişdir), cild 3, s. 1159, Bölmə VI (İsanın zühuru)
Lahor: Şeyx Muhamməd Əşrəf (2 cild), Ceyms Robson tərcüməsi, 1964

O, Allah rəsulunun belə dediyini rəvayət edir: "Allaha and olsun ki, Məryəmin oğlu adil hakim kimi zühur edəcək, xaçları sındıracaq, donuzları öldürəcək, cizyəni ləğv edəcək, kiçik dişi dəvələri buraxacaq ki, zəkat yığanlar onlara görə işləməsinlər. Qəzəb, qarşılıqlı nifrət və qısqanclıq tamamilə yox olacaq və o, var-dövlət qəbul etmələri üçün insanları bir yerə cəm edəndə, heç kəs bunu etməyəcək." Müslim bunu ötürmüşdür. Buxari və Müslimin versiyasında o demişdir: "Məryəmin oğlu nazil olanda və imamınız sizlərdən biri olanda sizin halınız necə olacaq?"

 

Bəlkə bu Səhih əl Buxarinin tərcüməçisinin məsum xətasıdır?

Məhəmməd Muhsin Xanın tərcüməsi hər babın ilk səhifəsindəki "sertifikat"dan göründüyü kimi bir neçə alim tərəfindən dəfələrlə yoxlanmışdır:

Səhihi Buxari, Əl Buxari, Muhamməd bin İsmail (Hicri 256-cı ildə vəfat etmişdir, cild 4, s. 1
Beyrut: Dar al-Fikr (9 cild), Muhamməd Muhsin Xanın tərcüməsi, tarixi bəlli deyil.

Biz, aşağıda imza edənlər, Dr. Muhamməd Muhsin Xanın "Səhih Əl Buxari"nin məna tərcüməsini oxumuşuq və əvvəlindən sonuna qədər mükəmməl şəkildə korrektə etmək üçün əlimizdən gələni etmişik və demək olar ki, mükəmməl bir nəticə əldə etmişik.
Uca Allaha bizə bu layihədə uğur nəsib etdiyinə görə həmd edirik və ondan bu işdə əməyi keçən hər kəsi mərhəmətilə mükafatlandırmasını istəyirik- məqsədimiz Allahın razılığıdır, Odur insanları doğru yola hidayət edən.

Şakir Nasif əl Uhaydi
İngilis dili, Humanitar elmlər magistri
ABŞ Universiteti
İngilis dili müəllimi
Bağdad Univ. və Təhsil Kolleci, Məkkə
Dr. Mahmud  Hamad Nəşr,
Xarcum Univ. məzunu, doktor,
Mədinə Kral Hospitalı
Dr Muhamməd Təqiyyəddin əl Hilali
Almaniya, Berlin Universitetinin
Pr. D.  Muhamməd Univ. Mərakeş, İslam Univ. Mədinə

 

Beləliklə, bu səhvə görə məsuliyyəti kim daşıyır?

1971-ci ildə Pakistanda nəşr edilən erkən buraxılışda da bu 'sertifikat'a rast gəlinir. 
Həmin nəşrdə biz bu aşkar 'səhv'in baş tutduğuna rast gəlmirik.

Diqqət yetirin və görün ki, aşağıda göstərilən nəşrdə bab, səhifə və hədis nömrəsi yuxarıda göstərilən Dar Əl Fikr nəşri ilə eynidir.

Səhih əl Buxari, Əl Buxari, Muhamməd bin İsmail, (Hicri 256cı ildə vəfat etmişdir) cild4, s 437, hədis nömrə 658
Pakistan: Sesi Strou Board Mills (Dəyişdirilmə) Ltd (9 cild), Muhamməd Muhsin Xanın tərcüməsi, 1971 miladi il

658. Əbu Hureyrə ra rəvayət edir: "Allah Rəsulu saas dedi: Məryəmin oğlu (yəni İsa) zühur edəndə özünüzdən bir rəhbər olduğu müddətcə halınız necə olacaq?"

Beləliklə, görünür bu "səhv"  həqiqətən aydındır və tərcümə mətnində düşünülmüş müdaxilədir. Bu səhv daha sonrakı nəşrlərdə də təzahür etmişdir və hətta indiki nəşrlərdə də təhrif kimi öz əksini tapır. Buraya Pakistanda çap edilmiş sonrakı nəşrlər aiddir. Hətta onlayn hədis bazasında da yanlış tərcümələr gedib. Məsələn, baxın:

Səhihi Buxari, Əl Buxari, Muhamməd bin İsmail (Hicri 256-cə ildə vəfat etmiş) cild 4, bab 55, hədis nömrə 658
Onlayn tərcümələr:

Cild 4, kitab 55, hədis 658:

Əbu Hüreyrə rəvayət etmişdir:

"Allah Rəsulu dedi: "Məryəmin oğlu (yəni İsa) zühur edəndə sizin halınız necə olacaq? O, insanlar arasında İncilin yox, Quranın hökmləri ilə hökm edəcək"" (Fəthul Bari səh. 304-305, cild 7)

Təhrif olunmuş versiyalarda "Fəthül Bari"nin aidiyyatı nədir?

Səhih əl Buxariyə şərh verən ən məşhur kitab Fəthül Baridir. Kitabın müəllifi İbn Həcər Əsqalanidir (Hicri 852-ci ildə vəfat etmişdir və o, Əhli Sünnənin möhtərəm alimlərindən hesab olunur. Baxmayaraq ki, yuxarıdakı araşdırma hədisin mətninə açıq aşkar müdaxilə olunduğunu göstərir, Fəthül Baridə hədisə verilən şərh haqqında araşdırma isə daha da ifşaedicidir. İbn Həcərin hədisin məna və məğzi haqqında müxtəlif hakim şəxslərdən sitat gətirdiyi mətn uzun və ağlabatandır. Bəzi şərhlər aşağıda tərcümə edilmişdir.:

Fəthül Bari bi Şərh Səhih əl Buxari, İbn Həcər əl Əsqalani (hicri  852 v.e), 3193 nömrəli hədisə

Əhmədə görə Dəccal və İsanın zühuru haqqında olan hədis  "Əgər onlar İsa ilə olsa idilər, belə deyilərdi: "Ey Ruhullah apar, o deyəcəkdi: Qoy, sizin imamınız sizi ibadətə aparsın." Həmçinin İbn Macənin də Əbi Ümamədən Dəccal haqqında gətirdiyi uzun bir hədisdə o deyir: və onların hamısı, yəni müsəlmanlar, Yerusəlimdə və onların imamı ədalət sahibidir, hansı ki, İsa zühur edəndə onları ibadətə aparar, imam geriyə addım atar ki, İsa aparsın. İsa onunla üz üzə dayanar, sonra deyər: Sən apar! İbadət sənin üçün hazırlanıb.

Əbu Həsən Xəsai əl Abidi, Şafiinin "Mənaqib" kitabında, İbn Macənin Ənəsdən rəvayət etdiyi: "İsadan başqa Məhdi yoxdur  hədisini inkar edirək deyir: rəvayətlər mütəvatirdir ki, Məhdi islam ümmətindəndir və İsa onun arxasında namaz qilacaq.

Əbu Zərr əl Həravi nəql edib ki, əl Cəvzaqi ona əvvəlkilərdən belə eşitdiyini deyib: «"sizin imamınız öz aranızdandır" sözünün mənası odur ki, o, İncilin deyil, Quranın qanunları ilə hökm edir.»

[...]

İbn əl Cəvzi demişdir:
Ona görə də, bizim peyğəmbərimizin "məndən sonra peyğəmbər yoxdur" sözlərinə əsasən, o (İsa)  insanları şübhəyə salmamaq üçün iqtida edərək namaz qılacaq.  Əgər İsa rəhbərlik etsə, onun kiminsə nümayəndəsi kimi, yoxsa (yeni) qanunun təşəbbüskarı kimi idarə edəcəyi haqqında insanların beyinlərində şəkk-şübhə yaranar. Bundan əlavə, Saata yaxın, axırzamanda ümmətdən olan bir kişinin arxasında İsanın ibadət etməsi Allah yer üzünü höccətsiz qoymaz (qaim lillah bi huccah) deyiminə səhih sübutdur. Doğrusunu bilən Allahdır.

Yuxarıdakı bölümdən aydın olur ki, bu hədisin mənasına və imamın kimliyinə aydınlıq gətirmək üçün İbn Həcərdən müxtəlif şərhlər sitat gətirilib. Tərcüməni müxtəlif şərhlərdən birinə (qırmızı ilə göstərilən) dəyişməklə Muhsin Xanın tərcüməsinin mətninə müdaxilə olunmuşdur. Mavi rənglə seçilənlər də daxil olmaqla, bütün digər şərhlər rədd edilmişdir.

Beləliklə, hədisdə göstərilən "imam" kimdir?

Şiəyə görə bu Peyğəmbərin (s) ailəsindən (Əhli Beyt) olan vəsisi və 12-ci imam Məhdiyə (ə) işarədir. O, haqq Qaim əl Hoccətdir və İsa (ə) zühur edəndə onun arxasında namaz qılacaq.

Рейтинг

В этом разделе