»»

Qədir-Xum hədisi haqqında kitab yazan sünni mühəddislər

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qədir-Xum hədisi elə bir hədisidir ki, hər iki məzhəbin ən etibarlı, ən mötəbər mənbələrində geniş şəkildə yer almış, səhih sənədlərlə rəvayət olunmuşdur. Hər iki məzhəbin alimləri onun mütəvatir olduğunda ittifaq etmiş və haqqında kitablar yazmışlar. Mövzu haqqında ən yaxşı kitablardan biri və bəlkədə ən mükəmməli Əllamə Əmini (r.ə)-a aiddir. Bu yaxınlarda Əllamə Əmini (r.ə)-ın kitabını araşdırarkən kitabın “yazıçıların Qədir hədisinə verdiyi əhəmiyyət” hissəsində Əllamə (r.ə)-ın bu hədis haqqında kitab yazan 25 əhli sünnə aliminin adını verdiyini gördüm. Bu 25 alimdən ən məşhur olanlarını və onların bu kitabları yazmış olduğunu deyən əhli sünnə mənbələrindən çatıb, şəkillərini ala bildiklərimi sizlərlə bölüşəcəyəm. Bizlər Əllamə Əmini (r.ə)-a güvəndiyimiz üçün o 25 alimin bu mövzuda kitablar yazdığına inanırıq. Amma sünnilər bir rafizinin (!) sözünə inanmazlar deyə düşündüyümüz üçün o 25 alimdən bəzilərini çatdırırıq. Çünki bu alimlərin Qədir-Xum hədisi haqqında kitab yazdıqlarını deyən əhli sünnə qaynaqlarına çatmış və rəsmlərini çəkmişik. İndi inşəallah onları sizlərlə bölüşəcəyik. İlk öncə məsələ haqqında kitab yazan Əhli sünnə aliminin adını, daha sonra Onun belə bir kitab yazmış olduğunu təsdiq edən mənbələri çatdıracağıq.

 

1) İbn Cərir ət-Təbəri: Əhli sünnə nəzdində böyük alimdir, tarix və təfsir alimidir. Yaşadığı dövrdə öz məzhəbi var idi və təqlid edilirdi, məzhəbi “Cəririyyə məzhəbi” adı ilə tanınır. Haqqında çox sözə ehtiyac görmür və sadəcə link qoymaq ilə kifayətlənirik: İbn Cərir ət-Təbəri

Qədir-Xum haqqında 2 cildlik “əl-Vilayətu fi-Turuki Hədisil-Qədir” adlı bir kitab və “Tayr” hədisi haqqında da bir kitab yazmışdır. Əhli sünnə rical alimi Zəhəbi Təbərinin bioqrafiyasında bu barədə deyir ki:

gadir-kitabi-taberi gadir-kitabi-taberi1

Şəkildə gördüyünüz Zəhəbinin “Təzkirət əl-Xuffaz” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

ولما بلغه ان ابن أبي داود تكلم في حديث غدير خم عمل كتاب الفضائل وتكلم على تصحيح الحديث. قلت: رأيت مجلدا من طرق الحديث لابن جرير فاندهشت له ولكثرة تلك الطرق

İbn Əbu Davudun Qədir hədisi haqqındakı çıxışı Təbəriyə çatanda “Fəzail” kitabını yazıb Qədir hədisinin səhihliyi haqqında çıxış etdi. Mən İbn Cəririn bu hədisin sənədləri haqqında bir kitab yazdığını gördüm və hədisi bir çox yollarla rəvayət etdiyinə görə çaşıb qaldım.

Zəhəbi, “Təzkirət əl-Xuffaz”, 2/713

Digər bir əhli sünnə tarix, hədis və təfsir alimi ibn Kəsir “əl-Bidayə vən- Nihayə”, 11/146da Təbərinin belə bir kitab yazdığını təsdiq etmişdir. Həmçinin ibn Kəsir “əl-Bidayə vən- Nihayə” adlı tarix kitabında Təbərinin bu kitabından hədislər rəvayət edir. Məsələn, bir nümunə verək:

وقال أبو جعفر بن جرير الطبري في الجزء الأول من كتاب “غدير خم” -قال شيخنا أبو عبد الله الذهبي: وجدته في نسخة مكتوبة عن ابن جرير


Və Əbu Cəfər ibn Cərir ət-Təbəri “Qədir-Xum” kitabının -şeyximiz Əbu Abdullah –Zəhəbi “kitabın ibn Cəririn əl yazısı ilə nüsxəsi məndə mövcuddur” demişdir- birinci cildində dedi ki: (burada Qədir-Xum hədisini söyləyir)

İbni Kəsir, “əl-Bidayə vən-Nihayə”, 7/678

Bizim alimlərimizdən Şeyx ət-Taifə Tusi (r.ə)-da “Fihrist” kitabında Təbərinin bioqrafiyasında belə deyir:

محمد بن جرير الطبري  يكنى أبا جعفر، صاحب التاريخ عامي المذهب، له كتاب غدير خم و شرح أمره تصنيفه، أخبرنا به أحمد بن عبدون عن أبي بكر الدوري عن ابن كامل عنه

Məhəmməd b. Cərir ət-Təbəri, künyəsi Əbu Cəfər, Tarix (kitabının) sahibidir, sünni məzhəbinə bağlıdır. Onun Qədir-Xum kitabını Əhməd b. Abdun, Əbu Bəkiri Durridən, o da İbn Kamildən nəql etmişdir.

Şeyx Tusi (r.ə), “Fihrist”, səhifə 150, ravi 640

2) Zəhəbi: Əhli sünnə hədis, tarix və rical elmində öndə gələn alimlərindən və müxaliflərin nəzdində tərəddüdsüz höccət olan bir şəxsdir. Zəhəbi “Təzkirət əl-Xuffaz” adlı kitabında əhli sünnə alimi Hakim ən-Nişapurinin Tayr və Qədir-Xum hədislərini rəvayət etdiyini bildirdikdən sonra özü belə deyir:

gadir-kitabi-zehebi gadir-kitabi-zehebi1 gadir-kitabi-zehebi2

Şəkildə gördüyünüz Zəhəbinin “Təzkirət əl-Xuffaz” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

وأما حديث الطير فله طرق كثيرة جدا قد أفردتها بمصنف ومجموعها هو يوجب أن يكون الحديث له أصل. وأما حديث: من كنت مولاه. فله طرق جيدة وقد أفردت ذلك أيضا

“Tayr” hədisi, bizə müxtəlif səhih yollarla çatmışdır. Mən ayrı bir kitabda bunları bir araya topladım. Bu məcmuə bu hədisin kifayət qədər səhih olduğunu göstərir. “Mən kimin mövlasıysam Əli də onun mövlasıdır”. Hədisi də müxtəlif səhih yollarla bizə çatmışdır. Mən bu məsələdə də ayrı bir kitab yazmışam.

Zəhəbi, “Təzkirətul-Huffaz”, 3/1042-1043

Zəhəbinin bu kitabı bu gün əlimizdədir, kitabı görmək üçün linkə daxil ola bilərsiniz: Zəhəbi, “Qədir hədisinin sənədləri haqqında risalə” .

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе