İraqda yeni terror aktı baş verib. Diyala əyalətinin Cəlula şəhərində qeydə alınan hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, təxminən 25 nəfər xəsarət alıb.
İslam-Azerinin Əl-Bağdadiyyə telekanalına istinadlı xəbərinə görə, İraqın paytaxtı Bağdatda, şiələrin ziyarətgahına yönəlmiş terror aktında ölənlərin sayı 60 nəfərə çatıb.
Quldurrejim İsrail ordusundan bir general, Qəzzə şeridində 22 günlük döyüş əsnasında vətəndaşları hədəf aldıqlarını və fosforlu bomba istifadə etdiklərini etiraf etdi.
Media-İslam.Com saytının İsra Xəbər Agentliyinə istinadən verdiyi xəbərə əsasən Fələstinin Baş naziri İsmayıl Həniyyə, Qəzzada döyüş cinayəti işləyən İsrailli liderlərin mühakimə olunmasını istədi.
Verilən məlumatlara görə, ABŞ hökuməti ona məxsus “Texstron” Mərkəzi Müdafiə və Təyyarə İstehsalı şirkətini Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə satmaq qərarına gəlib.
Media-İslam.Com saytının İqnaya istinadən verdiyi xəbərə əsasən Hizbullah millət vəkili və Livan iş naziri ‘‘Məhəmməd Finiş” Fələstin xalqına kömək və dəstəyin insani bir vəzifə olduğuna toxunaraq, Ərəb dünyasının dincliyinin Fələstinin təhlükəsizliyinə bağlı olduğunu vurğuladı.
Misirdə nəşr edilən əl-Mısr əl Yəvm adlı qəzet, bu günki sayında Misirdə tutulan Hizbullah mənsublarının Tel Avivdə böyük hücumlar planladıqlarını yazdı.
İslam-Azerinin NTV-yə istinadlı xəbərinə görə, İraqın qərbindəki Ənvər əyalətində bir kamikadzeçinin avtomobillə təşkil etdiyi terror aktında 15 nəfər həyatını itirib, 40 nəfər yaralanıb.
Ərəbistanın Əhli-beyt (ə) ardıcıllarının şeyxi Ayətullah Muhəmmədəli Əmri müalicə məqsədilə bir ay müddətinə ər-Riyada etdiyi səfərdən Mədinəyə qayıtmışdır.