İraqda 110 mindən çox vətəndaş öldü

İraq hökumətinin, şiddət hadisələrində ölənlərin dəfn edilməsi üçün verdiyi icazə sənədlərinə görə, 2005-dən bu yana 87 min 215 İraqlı öldü. 



AP xəbər agentliyi, bombalı hücumlardan edam tipi cinayətlərə qədər şiddət hadisələrində ölənlərlə əlaqədar olaraq İraq Sağlamlıq Nazirliyinin tutduğu siyahını, adının açıqlanmasını istəməyən bir nazirlik səlahiyyətlisindən aldı.

İraqlı səlahiyyətli, bu rəqəmin gerçək rəqəmdən yüzdə 10-20 dəfə daha az ola biləcəyini ifadə edərək, minlərlə adamın hələ itkin olduğuna ya da döyüş mühitində bir çox adamın rəsmi səlahiyyətlilərdən dəfin icazəsi alınmadan basdırıldığını diqqəti çəkdi.

Agentlik, xəstəxana qaynaqlarından alınan rəqəmlər, mediaya əks olunan xəbərlərdəki ölü sayı və əllərindəki dəlillərin dərininə bir araşdırması nəticəsi əldə edilən ədədlərlə nazirlikdən əldə edilən son rəqəm birləşdirildiyində, 2003-də başlayan işğaldan bu yana 110 min 600-dən çox İraqlı vətəndaşın öldüyü nəticəsinə varıla biləcəyini qeyd etdi.

İraq Sağlamlıq Nazirliyi 2005-dən bu yana, dəfin əməliyyatı üçün verilən icazələrin statistikini tutur. Ancaq 2003 ilə 2004 ili üçün etibarlı rəqəmlər olmur.

Sağlamlıq Nazirliyinin 1 Yanvar 2005 ilə 28 Fevral 2009 arasında tutduğu qeydlər, 2006 və 2007 illərində zirvəyə gələn məzhəblərarası qarşıdurmaların nə qədər dağıdıcı olduğunu da ortaya qoyur.

Nazirliyin rəsmi statistikalarındakı cəmi 87 min 215 ölümün 59 min 957i, 2006 və 2007 illərinə aiddir.


313news.net

В этом разделе