İsrail rejimi narahatdır

Verilən məlumatlara görə, ABŞ hökuməti ona məxsus “Texstron” Mərkəzi Müdafiə və Təyyarə İstehsalı şirkətini Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə satmaq qərarına gəlib.



Küveytin “Vətən” qəzetinin yaydığı xəbərə görə, “Bell” vertolyotları və radar sistemləri istehsal edən şirkətin satılcağı təqdirdə ona məxsus bir çox müdafiə sistemi xarici şirkətlərin nəzarətinə keçəcək. Yayılan məlumatlardan sonra “Yerusəlim Post” qəzetində verilən xəbərə əsasən, sionist rəsmiləri bu satışa görə öz narahatlıqlarını gizlətməyiblər. İsrail rejiminin Müdafiə Nazirliyi şirkətin satılması ilə əlaqədar olaraq bir çox gizli məlumatların aşkar olacağını və sionist müdafiə sənayesinin çətin vəziyyətə düşəcəyini bildirib.

Qeyd edək ki, rejimin Müdafiə Nazirliyi 2004-cü ildən “Taxstron” şirkəti ilə əməkdaşlıq edir. /AzeriMuslims/


В этом разделе