Həniyyə, İsraillilərin döyüş cinayətindən mühakimə olunmasını istədi

Media-İslam.Com saytının İsra Xəbər Agentliyinə istinadən verdiyi xəbərə əsasən Fələstinin Baş naziri İsmayıl Həniyyə, Qəzzada döyüş cinayəti işləyən İsrailli liderlərin mühakimə olunmasını istədi.



Fələstin Hökuməti Baş naziri İsmayıl Həniyyə, Beynəlxalq cəmiyyətə etdiyi çağırışında, “Qəzzadakı Fələstinli vətəndaşlara qarşı döyüş cinayəti işləyən İsrailli əsgərlərinin etiraflarına” diqqət çəkərək İsrailli liderlərin döyüş cinayəti məhkəmələrində mühakimə olunmasını istədi.

Həniyyə, bu gün İranın paytaxtı Tehranda təşkil edilən “İslam Ölkələri Prokurorları Konfransı”na göndərdiyi mesajında “Qəzzada meydana gələnlər, insanlığı utandıran bir şeydir. Sionist düşmən gücləri Qəzzaya və xalqına quru, dəniz və hava gücünü istifadə edərək hücum etdi. 20 gün davam edən ən çirkin qırğınları törətdi. Bütün ənənə və qanunları tapdaladı. İnsan haqqlarını hər şəkliylə tapdaladı” dedi.

Həniyyə, Tehrana göndərdiyi mesajına belə davam etdi: “Sionist düşmən, qadınları, yaşlıları və uşaqları qətl etdi. Uşaqların cəsədlərini fosfor bombalarıyla yandırdı. Vətəndaşların evlərinə, xəstəxanalara və məktəblərə havan topları atdı. Qəzzada hökumətə aid təşkilatları, nazirlik binalarını yerlə bir etdi.”

Qəzzada döyüş cinayəti işləyən İsrailli liderlərin mühakimə olunması çağırışında olan Həniyyə, Fələstinli əsirlərin, Qüdsdə və Qəzzada işlədikləri cinayətlərin hesabı vermələri lazım olduğunu müdafiə etdi.

Beynəlxalq Cəza Məhkəməsinin Sudan Dövlət Başçısı Ömər Bəşir haqqında aldığı qərarın, Sudan həqiqətində yerinin olmadığını ifadə edən Həniyyə, “Beynəlxalq Cəza Məhkəməsində Sudana qarşı etdiyi rəftarı, Fələstin xalqı üzərində soyqırım cinayəti işləyən Sionist rejimin liderlərinə qarşı da etməsinidə istəyirik” deyə danışdı.

Məscidi Əqsanın altında davam edən qazıntılara toxunan Həniyyə, İsrailin səylərinin nəticəsiz qalacağını ifadə edərək “Bizlər, torpaqlarımıza və Əqsamıza möhkəm bağlıyıq. Eyni zamanda İslam ümmətindən də Qüds və Məscidi Əqsanı hədəf alan hücumlara qarşı dayanmalarını istəyirik” dedi.

Həniyyə son olaraq 11 mindən çox Fələstinli əsirlərin, məruz qaldığı problemlərə toxundu, vəkil tutma və ailələriylə görüşmə haqqlarının qəsbedilməsinə diqqət çəkdi.

İranın, Qəzzada döyüş cinayəti işləyən İsrailli liderlərin mühakimə olunması üçün hüquqi yolları müzakirə məqsədiylə təşkil etdiyi konfrans, Beynəlxalq Hüquqçular və İran Prokuroru Ayətullah Haşimi Şahrudi başçılığında bu gün başladı. 

Media-islam.com

В этом разделе