Hizbullah:Ərəb dünyasının dincliyinin Fələstinin təhlükəsizliyinə bağlıdır

Media-İslam.Com saytının İqnaya istinadən verdiyi xəbərə əsasən Hizbullah millət vəkili və Livan iş naziri ‘‘Məhəmməd Finiş” Fələstin xalqına kömək və dəstəyin insani bir vəzifə olduğuna toxunaraq, Ərəb dünyasının dincliyinin Fələstinin təhlükəsizliyinə bağlı olduğunu vurğuladı.



İran Quran Xəbər Agentliyinin Livan şöbəsinin bildirdiyinə görə Məhəmməd Finiş mövzu haqqında bunları söylədi: Əgər Fələstin xalqına kömək etmək və bu ölkədə təhlükəsizliyi təmin etmək üçün səy göstərmək cinayətdirsə biz belə bir cinayəti işlədiyimizi etiraf edirik. Çünki inanırıq ki Livanın və Ərəb dünyasının dincliyi Fələstinin təhlükəsizliyindən qaynaqlanır. /Media-islam/

В этом разделе