İsrailin tanınmış siyasətçilərindən biri sərxoş halda qumarxanada ölüb

İsrailin "Likud" partiyasının sabiq aktivisti qumarxanada ölüb.

İslam-Azeri-nin İsrail KİV-lərinə istinadlı xəbərinə görə bu gün İsrailin "Likud" partiyasının funksionerlərindən sayılan Şolomi Oz Bolqarıstanda qumarxanaların birində ürək çatışmamazlığından dünyasını dəyişib.

Siyasətçinin həmçinin kriminal aləm ilə də əlaqəsinin olduğu, 90-ci illərdə iki il həbs həyatı gördüyü də önə çəkilir.

Qumarbaz sionist vaxtilə Olmertin rəhbəri, Şaronun isə əlaltısı kimi də fəaliyyət göstərib.

Nəhayət tufeyli həyat sürən Şolomi Oz 50 yaşında qumarxanada sərxoş və bəzi mənbələrin yazdığı kimi narkotikin təsirində ikən dünyasını dəyişib.

Atalar yaxşı deyib, necə yaşayarsan elə də ölərsən.

Həmçinin Şolominin fələstinlilərə qarşı təzyiqə üstünlük verən siyasətçilərdən olduğu qeyd edilir.

İslam-Azeri.az

В этом разделе