İraqda daha bir terror aktı: 1 nəfər ölüb, 25 adam yaralanıb

İraqda yeni terror aktı baş verib. Diyala əyalətinin Cəlula şəhərində qeydə alınan hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, təxminən 25 nəfər xəsarət alıb. 


Polis patrulunun hərəkət etdiyi yolda minalanmış avtomobil partladılıb. Yerli həkimlər hesab edir ki, terror aktı nəticəsində tələfatın sayı arta bilər. Çünki yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. 
Xatırladaq ki, aprelin 24-də Bağdadda baş vermiş partlayışlar nəticəsində 90-dan artıq nəfər ölüb, 120 adam isə yaralanıb. Ümumilikdə isə aprelin əvvəlindən İraqda yeni terror dalğası baş qaldırıb. Bu ay ərzində 200-ə yaxın adam terrorun qurbanı olub.


В этом разделе