Ərəbistanda Əhli-beyt (ə) ardıcılları olan məhbuslarının aclıq elanı başlandı

Səudiyyə Ərəbistanın zindanlarında məhbus olan bir neçə Əhli-beyt (ə) ardıcılı öz ittihamlarına etiraz olaraq, aclıq elan etdilər.


Məhbuslar onlara qarşı sürülən ittihamları əsassız adlandırmış və Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələrinin onların həbsinə dair verdikləri məlumatları paradoksal və etibarsız elan etmişdilər.

Mətbuat agentliyi elan etmişdir ki, həbs olunmuş Ərəbistan Əhli-beyt (ə) ardıcıllarının 40 nəfərindən 20-si mərkəzi həbsxanalarında və qalanları isə Ərəbistanın başqa həbsxanalarında və təhlükəsizlik qüvvələrinin mərkəzlərində saxlanılırlar.

Ərəbistan Əhli-beyt (ə) ardıcıllarının çox hissəsini keçən ay Ərəbistanın görkəmli Əhli-beyt (ə) ardıcılları alimi Şeyx Baqiri müdafiə etmək üçün təşkil edilən həmrəylik aksiyasında iştirak etdikləri üçün həbs edilmişlər. ("Dəyərlər" AİN)


В этом разделе