Hizbullah: İsrailin çox mühüm fiqurunu həbs etdik

Livan Hizbullahının baş katibinin müavini açıqlama verib.

İslam-Azeri-nin Əl Mənar telekanalının rəsmi saytına istinadlı xəbərinə görə Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın birinci müavini Şeyx Naim Qasim Frans Press xəbər agentliyinə müsahibə verərək bəzi məsələlərə aydınlıq gətirib.

Misir ilə Hizbullah arasında yaranan son soyuqluqlara diqqət çəkən Hizbullah rəsmisi Hizbullahın Misirdən Rəfah sərhədinin açılmasını tələb etdiyinə görə Hizbullahdan qisas aldığını bildirərək: "Bizim bir düşmənimiz var. O da sionist İsrail rejimi. Bizim nəzərimizdə Misir bizə düşmən deyil"-deyib.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın birinci müavini Livanda həbs edilmiş cəsusla bağlı da açıqlama verib.

Şeyx Naim Qasim həbs edilən təqaüddə olan Generalın Livan kəşfiyyatı tərəfindən izləndiyini və İsrail üçün çox əhəmiyyətli bir fiqur olduğunu xatırladaraq: "Livan kəşfiyyatı onun barəsində araşdırma apardıqdan sonra bizə onun barəsində bilgi verməmizi xahiş etdilər. Onun 25 il İsrailin Mossad kəşfiyyatı ilə əməkdaşlığı sübut edilmişdir. 8 il əvvəl o Milli təhlükəsizlik orqanlarından xaric olub. Lakin onun arvadının həbs edilməsi çox möhtəşəm bir əməliyyatdır. Çünki onunda cəsusluq əməliyyatında iştirakı sübut edildi."-deyib.

Qərbin Hizbullahla bağlı mövqeyinin dəyişdiyini də diqqətə çəkən Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın birinci müavini Naim Qasim:"Avropa ölkələri, hətta ABŞ-ın bəzi siyasətçiləri Livan Müqaviməti ilə əməkdaşlığa tələsirlər, bəzi fondlar bizə iqtisadi boykota qoşulmayacaqlarını da bildirmişlər"-deyib.

Ona ünvanlanan Hizbullahın maliyyəsi və silahı ilə bağlı suala isə Hizbullah rəsmisi cavab verməkdən imtina edib.

"Biz müqavimət hərəkatıyıq, adətən biz maliyyəmiz, silahlarımız və sayımız barədə suallara cavab vermirik"-deyən Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın birinci müavini Şeyx Naim Qasim sözünü tamamlayıb.


İslam-Azeri.az



В этом разделе