İmam Museyi Kazım ziyarətgahında terror aktı

İslam-Azerinin Əl-Bağdadiyyə telekanalına istinadlı xəbərinə görə, İraqın paytaxtı Bağdatda, şiələrin ziyarətgahına yönəlmiş terror aktında ölənlərin sayı 60 nəfərə çatıb.


İraqın paytaxtı Bağdatda, İmam Museyi Kazımın (ə) müqəddəs qəbri olan ziyarətgahı hədəf alan 2 ardıcıl terror aktında ölənlərin sayı 60 nəfərə çatıb. Yaralıların sayı isə 125 nəfər olmuşdur.

Polis, Bağdatın Kazimiyyə məntəqəsində İmam Museyi Kazımın (ə) müqəddəs qəbri olan ziyarətgahın qapısının yanında iki kamikadzeçinin özünü partlatması nəticəsində 60 nəfər həyatını itirib, 125 nəfər yaralanıb.

Nəzərinizə çatdıraq ki, denəndə Bağdatda terror aktlarında 89 nəfər həyatını itirmişdir.

İslam-Azeri.az



В этом разделе