Səudiyyə möminlərinin səbir mehvəri: Ayətullah Şeyx Muhəmmədəli Əmri

Ərəbistanın Əhli-beyt (ə) ardıcıllarının şeyxi Ayətullah Muhəmmədəli Əmri müalicə məqsədilə bir ay müddətinə ər-Riyada etdiyi səfərdən Mədinəyə qayıtmışdır.

Şeyx Muhəmmədəli Əmrinin salamatlığına şükür mərasimində Mədinənin yüzlərlə şeyxləri və Əhli-beyt (ə) ardıcılları iştirak edirdilər. Mədinə Münəvvərənin Hüseyniyyəsində təşkil edilən bu mərasimdə bir qrup sənətkar və Əhli Beyt (ə) şairləri xüsusi proqramla çıxış edirdilər.

Qeyd etmək lazımdır ki, Şeyx Muhəmmədəli Əmrinin yaşının 100-ü haqlamasına baxmayaraq, hal-hazırda da Mədinə Münəvvərədə Ərəbistan möminlərinin dini, mədəni, iqtisadi proqramlarının mehvəri sayılır.

Bu alim möminlər üçün səbir dayağı, kobudluğa düzümlülük rəmzi və eyni zamanda inanclıların hüququnu müdafiə edəndir. Onun fəaliyyəti radikalların ayrı-seçkilik yaratmasına xeyli mane olmuşdur. Səudiyyə hökuməti dəfələrlə radikalların təzyiqi ilə onu bir neçə il həbs etmişdir, ancaq onun etibar və qüdrəti həbs müddətinin davam etməsinə mane olmuşdur.

O, öz hövzə təhsilinə Nəcəfül-Əşrəfdə almışdır və sonra Mərhum Ayətullahül-üzma Həkimin nümayəndəsi qismində Mədinəyə göndərilmişdir. Onun atası da Ərəbistanın görkəmli alimlərindən olmuşdur. O, Nəcəfül-Əşrəfdəki bir neçə mərcəyi-təqlidlərin nümayəndəsi olmuşdur və bir müddət şəhid Ayətullah Seyid Muhəmməd Baqir Sədrinin şagirdi də olmuşdur.

Mədinə Münəvvərədəki Əhli-beyt (ə) ardıcıllarının məscidində ki, Şeyx Əmrinin şəxsi bağında inşa edilmişdi, cümə namazları və İmamların (ə) mövlud və vəfat günlərinə aid mərasimlər keçirilir. O, özü hal-hazırda 15 minə qədər imkansız möminlərə aylıq yardım edir və bu illər ərzində Hicaz möminlərinin nigah, vəfat və hakimlik işləri onun vasitəsilə həyata keçirilmişdir.

Mədinə möminləri son illərə qədər Səudiyyə rejiminin qoyduğu məhdudiyyətlərə məruz qalmış və təzyiq altında idi. Ancaq Fəhdin ölümündən və onun yerinə Abdullahın gəlişindən sonra dövlət tərəfindən qoyulan məhdudiyyətlər azalmağa başladı. (“Dəyərlər” AİN)

В этом разделе