
Livanın paytaxtı Beyrutda küçələrinə çıxan nümayişçilərdən bir qrupunun polis səddini aşaraq parlament binasına soxulmağa çalışmasından sonra hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə edib.
Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə 2005-ci ilin ortalarında Azərbaycanda bir sıra terrorçuluq aksiyaları təşkil etmək və təxribat-pozuculuq fəaliyyəti aparmaq niyyətində olan “Camaat əl-Muvahhidun” təşkilatının üzvlərini - Teymur Tahirov, Anar Abdullayev və Qədim Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Ötən gün Pakistanın Lahor şəhərində üç partlayış baş verib. Məlumatı “Reuters” agentliyi yerli hökumət orqanlarına istğinadən yayıb. Terror aktları nəticəsində azə 41 nəfər həlak olub, 125-dən artıq adam xəsarət alıb. Şəhərin mərkəzi xəstəxanasının həkimi həlak olanların sayının arta biləcəyini istisna etməyib. Partlayışların müqəddəslərin ibadətgahlarından birində baş verdiyi bildirilir.