Moldovada terror aktı: ölənlər var

Moldova paytaxtı Kişinyovun mərkəzində minalanmış avtomobil partladılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Moldova paytaxtı Kişinyovun mərkəzində minalanmış avtomobil partladılıb. Terror aktı nəticəsində ölənlər və yaralananlar var. Hadisənin detalları hələ ki, açıqlanmır.


Qeyd edək ki, Moldovada xeyli müddətdir daxili siyasi böhran hökm sürməkdədir. Bazar günü Kişinyov meri postuna seçki keçirilib və kommunist İqor Dodonun qalib gəldiyi elan edilib.


Lakin sonradan Mərkəzi Seçki Komissiyasın ikinci tura ehtiyacın olduğunu açıqlayıb.


RİA «Novosti»nin verdiyi məlumata görə, partlayış nəticəsində həlak olmuş şəxs Moldova Tennis Federasiyasının prezidenti İqor Surkandır.


Polis partlayışın terror aktı olub-olmadığının yaxın vaxtlarda açıqlanacağını bildirir. Bunun dəqiqləşdirilməsi üçün araşdırma aparılır.


Tennis Federasiyasının vitse-prezidenti Marina Tauber baş verənlərin Surkana qarşı sui-qəsd olduğunu bildirib.

В этом разделе