Suriyada terroristlərin vəhşiliyi ifşa edildi

Suriya televiziyası terroristlərin vəhşiliyini nümayiş etdirib.


İslam-Azeri.az İnternet qəzetinin Suriya mediasına istinadən verdiyi xəbərə görə, Suriyanın Cisr Əş-Şuqur şəhərində terrorçuların törətdiyi qətliam yerli telekanalla nümayiş etdirilib.

Verilən məlumata görə, Suriya ordusuna hücum edən terrorçular qətlə yetirilmişlərin paltarlarını çıxarıb onlara mülkü paltar geyindiriblər.

Daha sonra fotoşəkilləri çəkib dünya mediasına ötürüblər.

Dünya mediası isə, öz növbəsində bu cinayəti "ordunun mülkü vətəndaşlara qarşı törətdiyi cinayət" kimi təqdim ediblər.

Suriyanın dövlət telekanalı öldürülənlərin kimliyini açıqlayaraq bəzi dünya mediasının yalanlarını ifşa edib.


В этом разделе