Terrorçu Komulə qruplaşmasının bir dəstəsi dağıdılıb

Tehran Radiosu- İslam İnqilabının Pasdarlar Korpusunun bildirdiyin görə, İranın qərbində yerləşən Kürdüstanda " Kamyaran " şəhərində buraxılmış Komulə qruplaşmasının terrorçu bir dəstəsi dağıdılıb.

İRNA xəbər verir : İslam İnqilabının Pasdarlar Korpusunun Kamyarandakı komandanı polkovnik Məhəmmədrza Şərəf Bəyani bu xəbəri qeyd edərək bildirib : Terrorçular ötən cümə ( 3 iyun) " Həni Mən " kəndinin fəal bəsicilərindən birini şəhid ediblər.

 

Onun sözlərinə görə , məsələnin ciddi surətdə təqib edilməsindən və xalqın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməsindən sonra terrorçu qruplaşmasının üzvləri bazar ertəsi ( 6 iyun) mühasirəyə alınaraq sonra , toqquşma baş verib.

 

Hadisədə sözü gedən üzvlərdən biri həlak olub, daha üç nəfər yaralanıb və qaçıblar.

 

Terrorçu Komulə partiyası İslam İnqilabından sonrakı illərdə İranın Qərb məntəqəsində xüsusilə də Kürdüstan ostanında bir çox qeyr-insanı təcavüz törətdi və məntəqədə çoxlu sayda insan şəhid oldu.

 

İslam Quruluşu düşmənlərindən asılı bu terrorçu qruplaşmasının dağılmasına baxmayaraq son illər bu məntəqədə sadəlövh və aldanmış ünsürlərin bəzisi terrorçu rəftarını davam etdirir.

 

В этом разделе