Livanda indiyə kimi adı məlum olmayan bir terrorist təşkilatı fəaliyyətə başlamışdır. Təşkilatın adı "Müaviyyə ibn Əbu Süfyan"dır.
Təşkilatın məramı şiələrə, daha doğrusu Hizbullaha qarşı vuruşmaqdır. Terror təşkilatının yayımladığı videoda şiələr təhqir olunurlar, və həmçinin Hizbullahı təhdid edərək bildirirlər ki: "Elə bilirsiz biz əhli-sünnət siz mürtədlərdən qorxuruq?".
Shia-online.ir saytının xəbərinə görə Nəsrullah bir neçə gün bundan qabaq özünü partlatmaqla (kamikadzelik) əməliyyat keçirmək istəyənlərin olduğunu bildirmişdir. Digər xəbərə görə artıq Livanın şimalına Əl-Qaidə terror təşkilatının üzvləri də daxil olublar.
Həmin klipdə 2008-ci ildə Hizbullaha qarşı olan hadisələrə toxunularaq bildirilmişdir ki, yeni əməliyyatlarda Hizbullaha qarşı intihar aktlarıyla hücumlar edəcəyik. Xatırladaq ki, 2008-ci ildə Hizbullah Beyrutdan pisniyyətliləri dəf edə bilmişdi.