İraqın paytaxtı Bağdadda bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 16 nəfər həlak olub
"Euronews"un verdiyi xəbərə görə, rəsmilər Dora bölgəsində baş verən qanlı terror aktının Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı bölgədə yerləşən kafelərin birində baş verib. Hadisə nəticəsində 37 nəfər yaralanıb. Ölən və yaralananların əksəriyyəti kafedə futbol oyununu izləyən gənclər olub.