Pakistanda terror dalğası: 41 ölü

Ötən gün Pakistanın Lahor şəhərində üç partlayış baş verib. Məlumatı “Reuters” agentliyi yerli hökumət orqanlarına istğinadən yayıb. Terror aktları nəticəsində azə 41 nəfər həlak olub, 125-dən artıq adam xəsarət alıb. Şəhərin mərkəzi xəstəxanasının həkimi həlak olanların sayının arta biləcəyini istisna etməyib. Partlayışların müqəddəslərin ibadətgahlarından birində baş verdiyi bildirilir.

Mərkəzi Lahor olan Pəncab əyalətində ölkənin digər bölgələri ilə müqayisədə silahlılar daha fəaldırlar.

ANS

В этом разделе