Ərdoğan Sarkozini ittiham etdi

"Fransa prezidenti özünə seçki sərmayəsi hazırlayır"

Milli.Az xəbər portalı TRT-yə istinadən bildirir ki, Türkiyənin Liviyada döyüş qüvvəsi göndərməsinin mümkün olmadığını bildirən baş nazir Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Nikola Sarkozini tənqid edib.

Ciddədən dönərkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan Fransa prezidentinin Liviyadakı əməliyyata rəhbərlik etməklə özünə seçki sərmayəsi hazırladığını söyləyib. Paris sammitini Sarkozinin durumdan vəzifə çıxarması kimi dəyərləndirən Ərdoğan qeyd edib ki, Fransa prezidenti Türkiyə və ABŞ-ın olaylardan kənarda qalmasını istəyir.

Xalqın iradəsinə sayğı duyulmasının Liviyadakı prosesi rahatladacağını dilə gətirən Ərdoğan "Liviya bölünməməlidir" deyib.

Suriyadakı olayları da dəyərləndirən Ərdoğan Dəməşqə son səfərində bu haqda Bəşər Əsadla danışdıqlarını söyləyib: "Suriyada da belə bir prosesin yaşanmasının və bunun xüsusilə məzhəb yanaşması ilə gündəliyə gəlməsinin təhlükəli ola biləcəyi haqda danışdıq".

В этом разделе