İmam Museyi Kazım (ə) zəvvarlarına qarşı terror aktı

Bağdadda Əhli-beyt (ə) davamçıları olan zəvvarlara qarşı terror aktları törədilib. Terror aktları nəticəsində 33 zəvvar həlak olub, 99 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə İraqın Təhlükəsizlik Xidmətindən məlumat verilib, – “Lenta” xəbər verir. Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hadisə Əhmədiyyə rayonunda baş verib. 7-ci İmam Museyi Kazımın (ə) şəhadəti ilə əlaqədar olaraq Həzrətin (ə) hərəminin ziyarətinə gedən şəxslərin arasına girən terrorçu-kamikadze özünü partladıb. Nəticədə 28 nəfər həlak olub, 63 nəfər isə yaralanıb. İkinci terror aktı nəticəsində isə, daha 5 zəvvar şəhid olub. Deyerler.org

В этом разделе