Yaxın şərq » İraqda terror

İraqda Yezidilərin çoxluq təşkil etdiyi Sincar şəhərində partlayıcı qurğu yerləşdirilmiş avtomobillə terror aktı törədilib.

Dünyada » Əfqanıstanda yenə terror aktı

Əfqanıstanın cənubunda yerləşən Nəhre Sərray əyalətində terror aktı baş verib. Velosipedə quraşdırılmış bombanın partlaması nəticəsində azı 13 nəfər həlak olub, 8-i azyaşlı uşaq olmaqla 45 nəfər yaralanıb.

Dünyada » Umarov partlayışı öz üzərinə götürdü

Çeçenistan müqavimət hərəkatının lideri Doku Umarov Moskva metrosunda baş vermiş partlayışların məsuliyyətini öz üzərinə götürüb. Lent.az-ın “Reuters”-ə istinadən məlumatına görə, Umarov son videomüraciətində terror aktının onun şəxsi tapşırığı ilə həyata keçirildiyini bəyan edib. O, həmçinin bildirib ki, Rusiya ərazisində terror hücumları davam edəcək.

Yaxın şərq » İraqda terror

İraqda partlayıcı qurğunu yerləşdirən zaman işə düşən bombanın partlaması 3 terrorçunun yaralanmasına səbəb olub.

Dünyada » Rusiya mətbuatı: "Metro terroruna ermənilər start verib"

Martın 29-u Moskvanın iki metro stansiyasında ard-arda törədilən, 39 nəfərin ölümü və 72 nəfərin yaralanması ilə nəticələnən terror aktlarından sonra Rusiya kütləvi informasiya vasitələri paytaxt metrosunda törədilən analoji partlayışlar tarixlərinə baş vurmağa başlayıblar. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) uzun illər bağlı qalmış arxivindən əldə edilmiş məlumatlar nəticəsində məlum olub ki, Moskva metrosunda ilk partlayışa erməni terrorçuları start verib.

Dünyada » Pakistanda terror

Pakistanın Lahor şəhərində baş verən şiddətli partlayış nəticəsində ilkin məlumatlara görə 5 nəfər həlak olub, daha 37 nəfər isə yaralanıb.

Страница 2 из 3«123»