»»

Sələfilərin (vəhhabilərin) Hz.Peyğəmbərin (s.ə.a) qəbri ilə bağlı mənfur düşüncələri

Müqəddəs şəxslərin qəbirlərinin sələfilər tərəfindən dağıdılmasının tarixdə bir çox sübutları var. Bu gün də həmin çirkin işlər davam etdirilməkdədir. Səudiyyə Ərəbistanında müxtəlif bəhanələrlə Peyğəmbərə (s.ə.a), onun Əhli-beytinə (ə.s) və sadiq səhabələrinə (r.a) məxsus məkanlar uçurulur. Digər tərəfdən İŞİD terror təşkilatının əməlləri nəticəsində çox sayda tarixi abidə, məscid, müqəddəs şəxslərə məxsus ziyarətgahlar uçurulmuşdur. Ancaq bütün İslam dünyasının qəzəbindən ehtiyat edərək cəmiyyətə "mötədil sələfilər" deyə tanıtdırılan Səudiyyə sələfiləri Peyğəmbər (s.ə.a) qəbrinə əl dəymirlər.

Gəlin görək bu "mötədil sələfilər"in dillərinin altında nə gizlənir.

Sələfi alimi Muqbil ibn Hadi əl-Vadei yazır:

وانا لااشك ان زخرفه قبره وبناء القبه عليه من اعظم الغلو وانه عين مانهى عنه – ص -ولقد افتتن كثير من العوام بسبب تلك الزخرفه ولا اله الا الله مااكثر الازدحام على قبره-ص-مع رفع الاصوات وكم من متمسح بالشبابيك والاسطوانات والمنبر والابواب كل هذا من اجل تلك الزخرفه للمسجد النبوي المخالفه لهديه المنهي عنها


“Biz şəkk etmirik ki, Peyğəmbərin qəbrinin bəzədilməsi və onun qəbrinin üzərində bina ucaldılması ən böyük ğüluvlardandır.1 Bu iş, elə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) özünün qadağan etdiyi bir işdir. Avam camaatın bir çoxu bu bərbəzək səbəbindən fitnəyə tuş gəlmişdir. La ilahə illəllah! Onun qəbrinin yanında səslərin ucaldılması ilə birgə nə çox izdiham olur! Nə çox şəxslər əllərini pəncərələrə, dirəklərə, minbərə və qapılara sürtürlər. Bütün bunlar Peyğəmbərin qadağan etməsinə baxmayaraq Peyğəmbər məscidinin bərbəzəyə tutulmasına görədir.”

 

Fotoşəkil: Muqbil ibn Hadi əl-Vadei, Riyad əl-cənnə fi ərrədd əla əda əs-sünnə, səh.254; Məktəbə əl-Səna əl-Əsəriyyə, Yəmən, 2003/1424

Başqa bir kitabında isə belə yazır:

ونحن نقول - وتلكم قبه الهادي بجوارنا-نتمنى نتمنى ان قد رأينا المساحي في ظهرها الى ان تصل الى الارض ولكن نرى ان ليس لدينا قدره فنحن ان شاء الله نؤجل هذا لغد او بعد غد وهكذا بعض المنكرات


Biz deyirik ki, bizim yanımızdakı Hadinin (Peyğəmbərin) bu qübbəsi ki, var, biz istərdik, istərdik ki, külünglərin bu qübbənin üstündə olduğunu və onun yerə yapışdığını görək! Lakin görürük ki, belə bir qüdrətimiz yoxdur. Biz bu işi, inşəallah, sabaha, yaxud, sabahdan sonrakı günə saxlayırıq. Həmçinin də, digər bəzi pis işlərin (islahını sonraya saxlayırıq.)

 

Fotoşəkil: Muqbil b. Hadi əl-Vadii, Tuhfə əl-mucib, s.406; Dar əl-Əsar, Səna (Yəmən), 1423/2002

Şeyx Muhəmməd Saleh əl-Munəccidin rəhbərliyi altında fəaliyyət göstərən məşhur sələfi fətva saytlarından islamqa.info saytında Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) qəbri üzərindəki qübbənin hökmü barədə yazılır:

وقد أنكر أهل العلم المحققين - قديماً وحديثاً – بناء تلك القبة ، وتلوينها ، وكل ذلك لما يعلمونه من سد الشريعة لأبواب كثيرة خشية الوقوع في الشرك.


“Tədqiqatçı elm əhli olan kəslər istər keçmiş, istərsə də müasir dövrdə həmin qübbənin tikilməsini və rəngələnməsini inkar etmişlər. Onlar bunu şəriətin şirkə düşmək qorxusuna görə bir çox qapıları bağladığını bildiklərinə görə belə etmişlər.”

Daha sonra bu barədə Şeyx Əbdül-Əziz ibn Baz, Şeyx Əbdür-Rəzzaq əl-Əfifi və Şeyx Abdullah ibn Quudun fətvasını nəql edilər:

بناء أولئك الناس القبة على قبره صلى الله عليه وسلم حرام يأثم فاعله...


“O şəxslərin Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) qəbri üstündə qübbə tikməsi haramdır və onu edən günah qazanmışdır.”

Daha sonra “bidət” və “haram” olan bu qübbənin hələ də sökülməməsinin səbəbi olaraq aşağıdakıları qeyd edirlər:

فقد بَيَّن العلماء الحكم الشرعي في بناء القبة ، وأثرها البدعي واضح على أهل البدع ، فهم متعلقون بها بناءً ولوناً ، ومدحهم وتعظيمهم لها نظماً ونثراً كثير جدّاً ، ولم يبق إلا تنفيذ ذلك من ولاة الأمر ، وليس هذا من عمل العلماء. وقد يكون المانع من هدمها درءً للفتنة ، وخشيةً من أن تحدث فوضى بين عامة الناس وجهلتهم ، وللأسف فإن هؤلاء العامة لم يصلوا إلى ما وصلوا إليه من تعظيم تلك القبَّة إلا بقيادة علماء الضلالة وأئمة البدعة ، وهؤلاء هم الذي يهيجون العامة على بلاد الحرمين الشريفين ، وعلى عقيدتها ، وعلى منهجها ، وقد ساءتهم جدّاً أفعالٌ كثيرة موافقة للشرع عندنا ، مخالفة للبدعة عندهم ! .وبكل حال : فالحكم الشرعي واضح بيِّن ، وعدم هدمها لا يعني أنها جائزة البناء لا هي ولا غيرها على أي قبر كان.


“Alimlər qübbənin ucaldılması ilə bağlı şəri hökmü bəyan etmişlər. Bu qübbənin bidətçi təsiri bidət əhlinin üzərində açıq-aşkar görünməkdədir; onlar bu qübbəyə bina və rəng baxımından bağlıdırlar,2 nəzm və nəsr şəklində bu qübbəni mədh edib onu təzim etmələri(nin nümunələri) olduqca çoxdur. Geriyə sadəcə “əmr sahibləri”nin bu işi (qübbənin sökülməsini) yerinə yetirməsi qalır. Bu iş alimlərin işi deyildir. Ola bilər ki, onun sökülməsinə mane olan şey fitnə qorxusudur; ümumi kütlə və cahillər arasında anarxiya yaranmasından qorxulmasıdır. Təəssüflər olsun ki, ümumi kütlənin bu qübbəni təzim etməkdə gəlib çatdıqları bu vəziyyətin səbəbkarı məhz zəlalət alimləri, bidət imamlarıdır!3 Məhz bu şəxslərdir camaatı hərəmeyn ölkəsinə (Səudiyyə Ərəbistanına –red.) qarşı, onun əqidəsinə və tutduğu yola qarşı cürətləndirən. Bizim gördüyümüz şəriətə müvafiq olan, lakin, onların nəzərlərindəki bidətə müxalif olan bir çox işlər onları olduqca kədərləndirmişdir!

Hər bir halda, şəri hökm açıq-aşkardır. Qübbənin sökülməməsi o demək deyildir ki, həmin qübbənin tikilməsi caizdir. Nə o, nə də hər hansısa başqa bir qəbrin üzərində qübbə tikmək caiz deyildir.”

Daha sonra, Şeyx Saleh Useymi adlı vəhhabi şeyxinin bu sözlərini qeyd edirlər:

"إن استمرارَ هذه القبةِ على مدى ثمانيةِ قرونٍ لا يعني أنها أصبحت جائزة ، ولا يعني أن السكوتَ عنها إقرارٌ لها ، أو دليلٌ على جوازها ، بل يجبُ على ولاةِ المسلمين إزالتها ، وإعادة الوضع إلى ما كان عليه في عهدِ النبوةِ ، وإزالة القبةِ والزخارفِ والنقوشِ التي في المساجدِ ، وعلى رأسها المسجدُ النبوي ، ما لم يترتب على ذلك فتنةٌ أكبر منه ، فإن ترتبَ عليه فتنةٌ أكبر ، فلولي الأمرِ التريث مع العزمِ على استغلالِ الفرصة متى سنحت "


“Bu qübbənin səkkiz əsrdir mövcud olması o anlama gəlmir ki, artıq o caiz olmuşdur, bu, o anlama gəlmir ki, onun (mövcudluğu) barədə sükut edilməsi onu təsdiq etməkdir və ya onun caiz olmasına dəlildir. Əksinə, müsəlmanların əmirlərinə onu aradan aparmaq, vəziyyəti nübuvvət zamanında olduğu hala qaytarmaq, məscidlərdə, başda da Peyğəmbər məscidində olan qübbə, bərbəzək və naxışları aradan aparmaq vacibdir. (Əlbəttə,) nə qədər ki, bunun ardınca daha böyük bir fitnə gəlmirsə. Əgər bunun ardınca daha böyük bir fitnə gələrsə, o zaman gərək əmr sahibi bir qədər gözləsin. (Lakin) nə zaman münasib fürsət yaranarsa fürsətdən istifadə etməlidir!”

Mənbə: http://islamqa.info/ar/110061

________________________________________________

1 Ğüluv - həddi aşmaq.
2 Müsəlmanların o yaşıl qübbəyə aşiq olmasına işarə edir. (Red.)
3 Yəni, vəhhabi alimləri istisna olmaqla bütün ümmət alimləri. (Red.)

Рейтинг

В этом разделе