»»Sələfilik (vəhhabilik)

Muhəmməd ibn Əbdül-Vəhhab və onun ardıcılları barədə əhli-sünnə alimlərinin nəzəri

Müsəlmanların əqidəsinə zidd olan Muhəmməd b. Əbdül-Vəhhabın dəvətinin aşkara çıxması ilə bu dəvətə müxalif olan cəmiyyətin müxtəlif təbəqələri ayağa qalxdılar. Onlar Muhəmməd b. Əbdül-Vəhhabın işini İslam dininin içərisində yaranmış bidət saydılar. Onlar bildirirdilər; bu bidəti mümkün olduqca tez kökündən yandırmaq lazımdır ki, insanların dini ciddi ziyandan qorunsun.

Sələfi alimləri məşhur sələfi debatçısı Adnan Aruru ifşa etdilər

Dövrümüzdə sələfilərin sevərək izlədikləri şəxslərdən biri Adnan Arurdur. Çünki bu şəxs şiələrə qarşı xüsusi nifrəti ilə sayılıb-seçilir, öz aləmində rəddiyyələrlə çıxş edir və sair. Bu şəxs dəfələrlə şiə alimləri tərəfindən ifşa edilib (Video link). Hətta əhli-sünnə alimləri də onun yalançılığını isbat ediblər (Video link). Bir videoda isə özü-özünü ifşa edir (Video link). Hətta məşhur sələfi şeyxi Muhəmməd ibn Saleh əl-Useymin də ona qulaq asmamağı dəstəkləyib (Video link). İndi isə iki sələfi aliminin onun barəsində fikirlərini diqqətiniziə çatdırırıq.

Sələfilərin (vəhhabilərin) Hz.Peyğəmbərin (s.ə.a) qəbri ilə bağlı mənfur düşüncələri

Müqəddəs şəxslərin qəbirlərinin sələfilər tərəfindən dağıdılmasının tarixdə bir çox sübutları var. Bu gün də həmin çirkin işlər davam etdirilməkdədir. Səudiyyə Ərəbistanında müxtəlif bəhanələrlə Peyğəmbərə (s.ə.a), onun Əhli-beytinə (ə.s) və sadiq səhabələrinə (r.a) məxsus məkanlar uçurulur. Digər tərəfdən İŞİD terror təşkilatının əməlləri nəticəsində çox sayda tarixi abidə, məscid, müqəddəs şəxslərə məxsus ziyarətgahlar uçurulmuşdur. Ancaq bütün İslam dünyasının qəzəbindən ehtiyat edərək cəmiyyətə "mötədil sələfilər" deyə tanıtdırılan Səudiyyə sələfiləri Peyğəmbər (s.ə.a) qəbrinə əl dəymirlər.

Sələfi (vəhhabi) alimi İbn Cəbhan: "İmam Cəfər əs-Sadiq masonlar tərəfindən seçilib!!!"

Öncəliklə hörmətli oxuculardan az sonra oxuyacağı sözlərə görə üzr istəyirik. Çünki, az sonra görəcəkləri sözlər elə qəbih, elə çirkin və elə mənfurdur ki, bu sözləri ana dilimizə tərcümə etmək və ana dilimizdə oxumaq belə insana xəcalət verir. Peyğəmbər Əhli-Beyti (əleyhimus-səlam) barədə deyilən bu nanəcib iftiraları gördükdə insan dəhşətə qapılmaya bilmir.

Sələfi (vəhhabi) əqidəsi: “İbn Teymiyyəni sevməyən tövhid əhli (müsəlman) deyil”.

Əziz oxuyucular! Sələfi (vəhhabi) əqidəsinin mahiyyəti ilə maraqlanan heç kəsə sirr deyil ki, hər dəfə Hz.Peyğəmbərimizin (s.ə.a) İmam Əliyə (ə) olan sevgini özünə olan sevgi ilə eyniləşdirməsi, o cümlədən Əlini (ə) sevməyən şəxslərin münafiq olması barədə hədisləri dəlil olaraq təqdim ediləndə, müxtəlif cür bəhanələr və izahlarla məsələnin əsl mahiyyətindən qaçmağa çalışırlar. Ancaq iş İbn Teymiyyə və Muhəmməd ibn Əbdül-Vəhhab kimi vəhhabi əqidəsinin ideoloq və davamçılarına çatdıqda, məsələ dəyişir. Bu dəfə sizin diqqətinizə məşhur sələfi (vəhhabi) aliminin aşağıdakı sözlərini çatdırırıq:

Sələfilərə (vəhhabilərə) görə əşərilərin məzhəbi yəhudilərə, müşriklərə və sabiilərə dayanır!

Sələfi (vəhhabi) alimlərinin özlərinin də etiraf etdiklərinə görə, bu gün İslam aləmi içərisində əhli-sünnənin dörd məzhəb ardıcıllarının əksəriyyəti Əşərinin əqidəsindədirlər (Bax!). Bununla belə, onlar Əşəri və onun ardıcıllarını təkfir etməkdən çəkinmirlər (Bax!). Bu dəfə sizin diqqətinizə növbəti bir ittihamı çatdırmaq istəyirik. Sitat gətirəcəyimiz kitabın müəllifi Əbu Yusuf əl-Fərrac kitabda Muhəmməd ibn Əbdül-Vəhhabın dövründən Əbdül-Əziz ibn Bazın dövrünə qədər yaşamış vəhhabi Nəcd alimlərinin fətvalarını bir yerə toplamışdır:

Sələfi (vəhhabi) Əhməd əl-Ğamididən Aşura orucu barədə gözlənilməz çıxış!

Səudiyyə Ərəbistanı Krallığı qəzetlərinin birində yayımlanmış, müəllifi d-r Əhməd əl-Ğamidi (Məkkə bölgəsinin “Yaxşılığa dəvət və pislikdən çəkindirmə Təşkilatının” keçmiş Baş katibi) olan bir məqalədə Aşura gününün orucunun fəziləti barədə nəql olunan hədisin zəif olduğu barədə danışılmışdır. Əhməd əl-Ğamidi hədisin “mürsəl” – sənəd zəncirində qopuq olan hədis olduğunu elmi dəlillərlə əsaslandırdıqdan sonra belə yazmışdır:

Sələfilərin (vəhhabilərin) hicri 1216-cı ildə Kərbəlaya hücumu

Tanınmış vəhhabi tarixçi Osman bin Abdullah bin Bişr ən-Nəcdi əl-Hənbəli “Unvanul-məcd fi tarixi Nəcd” kitabında təkfirçi vəhhabilərin müqəddəs Kərbala şəhərinə hücumları və orada törətdikləri faciə barədə danışarkən hicri 1216-cı ilin hadisələrini qeyd edərək belə deyir: