»»

Sələfi alimi əl-Ğuneyman sələfilərin maskasını cırdı!

Aşağıdakı fikirlərə diqqət yetirin:

وقد انتسب إلى الأشعري أكثر العالم الإسلامي اليوم من أتباع المذاهب الأربعة، وهم يعتمدون على تأويل نصوص الصفات تأويلاً يصل أحياناً إلى التحريف، وأحياناً يكون تأويلاً بعيداً جداً، وقد أمتلأت الدنيا بكتب هذا المذهب، وادعى أصحابها أنهم أهل السنة، ونسبوا من آمن بالنصوص على ظاهرها إلى التشبيه والتجسيم.

هذا ولابد لعلماء الإسلام-ورثة رسول الله صلى الله عليه وسلم - من مقاومة هذه التيارات الجارفة، على حسب ما تقتضيه الحال، من مناظرات، أو بالتأليف، وبيان الحق بالبراهين العقلية والنقلية، وقد يصل الأمر أحياناً إلى شهر السلاح.


Bu gün İslam aləmi içərisində dörd məzhəb ardıcıllarının əksəriyyəti Əşərinin əqidəsindədirlər.
Onlar sifətlərlə bağlı mətnlərin təvilinə əsaslanırlar. Elə bir şəkildə ki, bəzən bu təvil təhrifə qədər gedib çıxır. Bəzən isə olduqca uzaq (əlaqəsiz) təvil olur. Dünya bu məzhəbin kitabları ilə dolmuşdur. Bu məzhəbin ardıcılları özlərinin əhli-sünnə olduqlarını iddia etmişlər. Onlar mətnlərə zahirdə olduğu kimi iman gətirən şəxslərə təşbih və təcsim nisbət vermişlər.

Buna əsasən, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) varisləri olan İslam alimləri vəziyyətin tələb etdiyi şəkildə; münazirələrlə, kitab yazmaqla, əqli və nəqli dəlillər ilə haqqı bəyan etməklə bu zərərli cərəyanlarla mübarizə aparmalıdırlar. Bəzən iş silah qaldırmağa da gətirib çıxara bilər.

 

Fotoşəkil: Şeyx Abdullah əl-Ğuneyman, Şərhu kitab ət-Tauhid min kitab Səhih əl-Buxari, c.1, səh.24-25; Dar əl-Asimə, Riyad, Səudiyyə Ərəbistanı, 1422/2001

1. Mədinə İslam Universitetinin yüksək araşdırmalar bölməsinin rəhbəri əl-Ğuneyman əşərilərin həqiqi əhli-sünnə olmadıqlarını deyir. Əgər belə deyilsə, o zaman “iddia etmişlər”  sözü nə anlama gəlir?

2. Əl-Ğuneyman özü etiraf edir ki, İslam aləminin əksəriyyəti onların (sələfilərin) əqidələrini təcsim və təşbih əqidəsi adlandırır.

3. Əl-Ğuneyman özü etiraf edir ki, öz çürük əqidələrini yaymaqdan ötrü lazım gələrsə silahdan da istifadə edə bilərlər.

Şübhəsiz ki, bu gün İŞİD, əl-Qaidə, əl-Nusra və s. kimi terror təşkilatlarının əqidə adı altında müsəlman ölkələrində törətdikləri cinayətlərin əsas dayaq və qaynaq nöqtələri də məhz bu kimi sözlərdir. Yumşaq sələfilik, orta yol və s. bu kimi adlar sadəcə aldatmacadan başqa bir şey deyil.

Рейтинг

В этом разделе