»»

Sələfi (vəhhabi) əqidəsi: “İbn Teymiyyəni sevməyən tövhid əhli (müsəlman) deyil”.

Əziz oxuyucular! Sələfi (vəhhabi) əqidəsinin mahiyyəti ilə maraqlanan heç kəsə sirr deyil ki, hər dəfə Hz.Peyğəmbərimizin (s.ə.a) İmam Əliyə (ə) olan sevgini özünə olan sevgi ilə eyniləşdirməsi, o cümlədən Əlini (ə) sevməyən şəxslərin münafiq olması barədə hədisləri dəlil olaraq təqdim ediləndə, müxtəlif cür bəhanələr və izahlarla məsələnin əsl mahiyyətindən qaçmağa çalışırlar. Ancaq iş İbn Teymiyyə və Muhəmməd ibn Əbdül-Vəhhab kimi vəhhabi əqidəsinin ideoloq və davamçılarına çatdıqda, məsələ dəyişir. Bu dəfə sizin diqqətinizə məşhur sələfi (vəhhabi) aliminin aşağıdakı sözlərini çatdırırıq:

والواقع أن دعوة الشيخ محمد امتداد لدعوة الشيخ ابن تيمية رحمهما الله وأثر من آثاره; لأنه تخرج على كتبه، فهؤلاء انتفعوا فهؤلاء انتفعوا بكتبه ولا زالوا ينتفعون فهؤلاء انتفعوا بكتبه ولا زالوا ينتفعون، حتى قال محمد حامد الفقي وغيره من علماء مصر لا نزال نعرف ونميز بين أهل التوحيد والسنة في محبة ابن تيمية فمن كان يبغضه عرفنا أنه ليس من أهل التوحيد ولا من أهل السنة ومن كان يحبه عرفنا أنه من أهل التوحيد.

“Reallıq budur ki, şeyx Məhəmməd ibn Əbdülvəhhabın hərəkatı şeyx İbn Teymiyyənin hərəkatının davamı və onun bir əsəridir. Çünki şeyx Məhəmməd şeyx İbn Teymiyyənin kitablarından təlim almışdır. Bunlar (Məhəmməd ibn Əbdülvəhhab və onun yolu ilə gedənlər) İbn Teymiyyənin kitablarından faydalanmış və faydalanırlar. Hətta Məhəmməd Hamid əl-Fəqi və digər misirli alimlər demişlər ki, “biz hələ də insanların tövhid və sünnə əhli olub-olmadığını onların İbn Teymiyyəyə məhəbbət bəsləyib-bəsləməmələri ilə müəyyən edirik. Kim ona ədavət bəsləsə, onun tövhid və sünnə əhlindən olmadığını bilirik. Kim ona məhəbbət bəsləsə onun tövhid və sünnə əhlindən olduğunu bilirik”.

 

Fotoşəkil: Şeyx Abdullah ibn Muhəmməd əl-Ğuneyman, “Əl-Cələsatut-tullabiyyə li-şərhi-əqidətit-təhaviyyə”, səh.38 [Dar İbn əl-Cəuzi - Səudiyyə Ərəbistanı, 1433/2012]

Tövhid deyəndə, sələfilər (vəhhabilər) nə başa düşürlər? Dəfələrlə onların tövhidlərinin təhrif edilmiş yəhudi tövhidi olduğu isbat edilib. Aşağıdakı linklərə daxil olub daha ətraflı tanış ola bilərsiniz:

1. İbn Teymiyyə tövhid inancının əksəriyyətinin yəhudilərlə eyni olduğunu etiraf edir!

2. Sələfilərin Allahı gülür, özü də həqiqi mənada... (Abdullah əl-Ğuneyman)

3. Allahın barmağı həqiqidir (əl-Useymin)

4. Sələfi şeyxi əl-Useymin: "Allahın cism olmağı lazımdırsa, qoy olsun!"

5. Peyğəmbər (s) cənnətin qapısını döyəcək, içəri daxil olub Rəbbini kürsi üzərində görəcək!

6. Sələfi alimi əl-Useyminin Alahın dünya səmasına enməsi barədə suala cavabı

İslam dini bu inanclardan uzaqdır!

Рейтинг

В этом разделе