»»

Sələfi (vəhhabi) alimlər: "Əşərilər kafirdirlər".

Vəhhabilərin təkfir fətvaları ilə dolu “Əd-Durərus-səniyyə” kitabında Nəcdin bir qrup vəhhabi şeyxi tərəfindən digər əhli-sünnə alimlərinə göndərilmiş bir məktub yer almışdır. Məktubda deyilir:

وهذه الطائفة التي تنتسب إلى أبي الحسن الأشعري وصفوا رب العالمين بصفات المعدوم والجماد فلقد أعظموا الفرية على الله... فهذه الطائفة المنحرفة عن الحق قد تجردت شياطينهم لصد الناس عن سبيل الله فجحدوا توحيد الله في الإلهية، وأجازوا الشرك الذي لا يغفره الله، فجوزوا أن يعبد غيره من دونه، وجحدوا توحيد صفاته بالتعطيل. فالأئمة من أهل السنة وأتباعهم لهم المصنفات المعروفة في الرد على هذه الطائفة الكافرة المعاندة، كشفوا فيها كل شبهة لهم، وبينوا فيها الحق...

“Əbülhəsən əl-Əşərinin ardınca gedən bu qrup (yəni, əşərilər) aləmlərin Rəbbini məxluqatın və cansızların xüsusiyyətləri ilə vəsf etmişlər. Onlar Allaha çox böyük iftira yaxmışlar... Haqqdan uzaq düşmüş bu dəstənin şeytanları (alimləri) camaatı Allahın yolundan ayrı salmaq üçün çalışmışlar. Onlar Allahın ilahlıqda təkliyini inkar etmiş, Allahın əsla bağışlamadığı şirkə yol vermiş, Allahdan başqasına ibadət etməyi icazəli bilmiş, “tətil” əqidəsi ilə Allahın sifətlərinin birliyini inkar etmişlər. Əhli-sünnə imamları və onların ardıcılları bu kafir və inadkar firqə əleyhinə məşhur kitablar yazmış, bu kitablarda onların bütün şübhələrinə cavab vermiş, həqiqəti bəyan etmişlər...”.

 

Fotoşəkil: "Əd-Durərus-səniyyə fi əcvibətun-nəcdiyyə", c.3, səh.210-211 [çap ili: 1417 h./1996 m.]

Bəs görəsən Əşəri əqidəsinə mənsub olan əhli-sünnə alimləri hansılardır? İbn Həcər əl-Əsqəlani, Muhyiddin ən-Nəvəvi, İbn Hibban, Əbu Bəkr əl-Bəqillani, əl-Qurtubi, əş-Şirbini, əl-Beydəvi, Qazi İyaz, İbn Əsakir, əs-Sübki, əs-Süyuti və s. Göründüyü kimi, əhli-sünnənin öndəgələn təfsir və fiqh alimləri əqidə cəhətdən əşəri olublar. Sələfilər isə əşəriləri kafir elan etmişlər. Görəsən kitablarında niyə onlara istinad edirlər? Çarəsizlikdənmi?

Рейтинг

В этом разделе