»»

Hidayət olanlar 49 - Məhəmməd Muxtar

Adı: Məhəmməd Muxtar

Ölkə: Kosta-Rika

Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə

 

 

Mənim adım Məhəmməd Muxtar Kəmaləddindir. Mən Qanalıyam, Qanada Akra şəhərinin ətrafında Nima bölgəsində doğulub boya başa çatmışam. Mən İslamı sonradan qəbul etməmişəm, mən müsəlman kimi doğulmuşam. Mənim bütün ailəm müsəlmandır. Həm ata, həm də ana tərəfim müsəlmandır. Sual isə budur ki, mən necə şiəliyi qəbul etdim və İslamın şiə məzhəbinə necə gəldim. Əvvəlcə istərdim ki, İslamın Qanadakı vəziyyəti barədə bir az danışım. Hər yerdə olduğu kimi Qanada da şiə və sünni müsəlmanlar var, amma müsəlman əhalinin əksəriyyəti sünnidir, həmçinin mən də sünni idim. Burada sünnilik özü də məzhəblərə ayrılır. Biz sufilikdə idik və sufilik özü də Ticaniyə, Qədriyyə, həmçinin Əhmədiyyə və digər tərəfdən Vəhabi və bildiyiniz sələfilik qollarına bölünürdü. Mən ticani kimi böyüyüb tərbiyə almışdım. Mənim babam şeyx idi, ticani şeyxi idi.

Sünni alimlərdən bəziləri deyirdilər ki, şiələr elmə malikdirlər. Bu, həqiqətdir ki, onlar elmə sahibdirlər, amma onların inancı, onların əqidələri çox yanlışdır. Bu zaman mən özüm özümdən soruşmağa başladım ki, necə ola bilər ki, birinin elmi olsun, amma onun əqidəsi, inancı yanlış olsun. İslamın əqidəsi, din özü məgər elm üzərində bərqərar deyil? Mən özümdən soruşmağa başladım, amma bütün bunlar məni şiəliyə cəlb etmədi, lakin bu yolun bir hissəsi oldu. Bundan sonra mən araşdırmağa, oxumağa başladım. Hər hansı bir şiəylə görüşmək yalnız mənim istəyim olmamalıdır. Bu, həmçinin Allahın istəyi olmalıdır deyə düşünürdüm. Çünki bir vaxtlar mən sünnilik və şiəlik haqqında düşünürdüm. Hər kəs deyir ki, o, doğru yoldadır, ona görə də mən Allahdan istədim ki, məni düz yola yönəltsin.

Mən Əhli-Beytə sitayiş etmirəm, mən onlara sitayiş etmirəm, mən Əli əleyhissalama sitayiş etmirəm, mən Muhəmməd salavatullaha sitayiş etmirəm, ancaq mən onları sevirəm. Əhli-Beyt sevgisi məndə tükənmir. Hər gün Allah mənim sevgimi çoxaldır. Mən Əhli-Beyti nə vaxt sevməyə başladığımı bilmirəm.

Mən nə vaxt şiə oldum, insanlar nə vaxt bildilər ki, mən şiəyəm mən çoxlu nifrətlə qarşılaşdım. Çünki əhatəm vahabilər idi. Oturub durduğum dostlarım əsasən vahabilər və ticanilər idi.

Beləliklə mən şiəliyi qəbul edəndə ətrafdan çoxlu nifrət gördüm, amma ailəmdən bu nifrəti görmədim. Əlhəmdulillah anam şiəliyi qəbul edənə qədər onu dərk etmək üçün bir müddət vaxt lazım oldu. Çünki biz həmişə müzakirələr aparırdıq, amma ana heç vaxt öz oğluna nifrət edə bilməz, hətta onun səbəbinə inanmasa da. Əlhəmdulillah o, indi şiədir. Qardaşlarım da həmçinin hamısı şiədirlər.

Niyə biz insanlara başa salmayaq ki, İmam Əli (ə) kimdir. Əgər onlar başa düşsələr ki, İmam Əli (ə) kimdir, onlar onun kəramətini də, Allahın yanında mövqeyini də, onun Muhəmməd salavatullahın yanında olan mövqeyini də, onun İslamda olan mövqeyini də başa düşmək iqtidarında olacaqlar və avtomatik olaraq onların ürəklərində sevgi yaranacaq. Sizin onlara “İmam Əlinin (ə) düşmənlərinə nifrət edin” deməyinizə ehtiyac qalmayacaq.

Peyğəmbər salavatullah bizə buyurub ki, sizin aranızda iki ağır əmanət qoydum, Allahınm kitabı və mənim Əhli-Beytim. O deyib ki, məndən sonra onlara sahib çıxsanız yolunuzu azmazsınız.

Quran bizə - müsəlmanlara, insanlara başa düşmək üçün öz özünü izah edə bilməz, onu kimsə izah etməlidir. Kimsə onu izah etməlidir ki, biz onu başa düşək. Və eyni zamanda Quran bizə deyir ki, bu Qurana yalnız təmizlənmişlər toxunar. Heç kim bunu dərinliyi ilə başa düşə bilməz, nə qədər ki, o paklaşmayıb. Allah Özü bizə işarə edir ki, bu paklanmış insanlar kimlərdir. Allah siz Əhli-Beyti paklamağı və bütün çirkinliklərdən uzaq etməyi iradə etmişdir. Allah Əhli-Beyti paklaşdırıb və O deyib ki, Quranın sirlərindən yalnız paklaşmışlar xəbərdardır. Heç kəs paklaşdırılmayınca bu Quranı başa düşə bilməz. Əgər Allah Əhli-Beyti paklaşdırıbsa və heç kəs Əhli-Beyt olmayınca bu Quranı başa düşə bilməz. Buna görə də avtomatik olaraq biz anlayırıq ki, biz kimdən öyrənə bilərik.

Рейтинг

В этом разделе