»»

Hidayət olanlar 25 - Dr. Misbah Əmin əd-Düreyni

Adı: Dr. Misbah Əmin əd-Düreyni

Ölkə: Misir

Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə

Sizinlə söhbət edən bu adi və bəsit insan bugünə qədər 76 il yaşayıb. Bu ömrün 72 ilini yanlış yolda keçirib. Mən özümün doğru yolda olduğunu zənn edirdim. Çox böyük ixlas və səmimiyyətlə insanları bu yola dəvət etmişəm və çoxlu sayda amerikalı, eləcə də ərəb (bu dəvət nəticəsində) müsəlman olub.

Bir gün Allah-təala mənim Seyyid Mürtəza əl-Qəzvini ilə görüşməyimi istədi, bəlkə, 30-40 il bundan qabaq. O vaxtlar mən onunla görüşməyə - özündən icazə istəyərək deyirəm bunu - onu eşitməyə, hətta ona salam verməyə belə səbr edə bilmirdim. Lakin əgər Allah-təala bir adamı hidayət etmək istəsə, onun köksünü İslam üçün açar. “Köksünü açar”, yəni köksünü genişlədər, onu elə edər ki, əvvəllər başa düşüb dərk etmədiyini indi dərk edər. Bu yola mən bəhslə, araşdırma ilə, tədqiq etməklə başlamışam. Ümumiyyətlə, bütün ömrüm araşdırma və oxumaqla keçib. Lakin hidayət mənim əlimdə deyil. Allah mənim üçün bir şey iradə edənə qədər, - ki, siz buna təəccüblənəcəksiniz, - hidayət yolunda olmamışam.

Bir nəfər var idi. “Dəvətçi” adı altında yazılar yazardı. “Dəvətçi”, yəni insanları Allaha tərəf dəvət edən bir şəxs. “Dəvətçi filankəs”. Bu adam çox məşhur bir internet səhifəsində yazardı. Bu səhifənin sahibi səudiyyəli bir əmirdir. Daha dəqiq desək, Vəlid ibn Təlalın atasıdır. Yəni, Əmir Təlal bu saytın sahibidir. Mən bu saytda özünə “dəvətçi” deyən bu adamın çox kəskin bir yazısını oxudum. Bir Allah bilir ki, mən bu məqaləni oxuyana qədər nə qədər səbr eləmişəm. Bilirəm ki, siz də bu məqaləyə səbr edə bilməyəcəksiniz, ona görə də məlumatınız olsun deyə, sizə sadəcə bir-iki sətirlik misal göstərəcəyəm.

Məqalənin adı bir sualdır. Üstündə də yekə bir sual işarəsi qoyulub. Ad belədir: “Kim rafizi olar?”. Yəni kim rafizi olmaq istəyər? Sual verir müəllif. Əlbəttə, bu sualı verən adam kiminsə ona cavab verəcəyini düşünmür. Yəni düşünmür ki, kimsə çıxıb “hə, mən rafizi olmuşam” deyəcək. İndi məqalənin başlığına diqqət edin. Biz bu cür başlıqları “əzbərlənmiş başlıqlar” adlandırırıq.

Mən, şəxsən, belə şeyi xoşlamıram, mən sizinlə ancaq ürəyimdən gələnləri danışmağı xoşlayıram. Habelə camaat qulaq assın deyə özümlə bir şeylər (hazır məlumatlar) gətirməyi xoşlamıram. Çünki buna məcbur deyiləm. Əgər Allah-təala mənə hansısa bir yerdə bir qrup qardaş və bacılarıma xütbə etməyi nəsib etsə, Özü mənim sinəmi açacaq, Özü sözü dilimə gətirəcək. Mən nə xətibəm, nə də xütbə işində təcrübəliyəm. Lakin indi mən səxavətli sevgilimin Əbu Abdullah Hüseynin (ə) məclisindəyəm və o, mənə sizinlə danışmaq lütf etmişdir. O, lütf edərək sizi xütbə etməkdən bir nəsibi olmayan bir adama qulaq asdırır. Arzu edirəm ki, bu əlaqə - mənim qəlbimlə sizin qəlbləriniz arasındakı əlaqə Əbu Abdullah Hüseynin (ə) məhəbbətinə görə olsun. Ağamız və mövlamız Muhəmməd Mustafaya salavat deyin. (Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd).

Bu məqalə 4 il bundan qabaq yazılıb. Amma mən onu saxlamışam. Adı da belədir: “Kim rafizi olar?”. Müəllif: islam dəvətçisi Səd ibn Diddan əs-Subeyi. Başlıq: “Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Salavat və salam olsun peyğəmbər və elçilərin ən üstününə”.

Belə bir başlığı görəndə, düşünürsən ki, yəqin məqalənin içində nurlu, hidayətli sözlər olacaq. Amma deyir: “Bundan sonra”. Həmd-sənadan və Peyğəmbərə salavat və salamdan sonra deyir: “Bundan sonra, Əhli-sünnə vəl-cəmaə məzhəbindən olan elm əhli nəzərində sübuta yetmişdir ki…”, “sübuta yetmişdir”, yəni necə deyərlər, əhli-sünnənin tam etiqadı budur, inancı budur, “...rafizilər ən pis və ən xəbis qruplardan biridir. Onlar sağlam ağla, doğru-düzgün kitaba, məqbul dinə və yaxşı həyata malik olmayan, zəlil bir dəstədirlər”. Buna dözə bilərsiniz?! Əgər kimsə dözə bilərsə, əlini qaldırsın. Mən - şiələr barəsində heç bir şey bilməyən adam buna dözə bilmədim, amma səbr etdim. Olduqca uzun bir məqalədir və sona qədər də bu cür gedir.

İstəyirəm, qısa bir-iki misal qeyd edim ki, mənim bu mövzudan nə dərəcədə narahat olduğumu başa düşəsiniz. İndi məqalədən qeyd edəcəyim sitat İbn Teymiyyəyə məxsusdur, Allahın, mələklərin və bütün insanların lənəti olsun ona. Deyir: “Rafizilər qəbirləri abad, məscidləri isə xarab edirlər. Əgər onlar …”, üzr istəyirəm, bu, mənim sözüm deyil, deyir: "Əgər onlar heyvan olsaydılar, eşşək olardılar". "Eşşək". Allaha pənah. Bu adam dəvətçidir?! Deyir ki, "rafizilər" - şiələr heyvan olsaydılar, eşşəkdən artıq olmazdılar. Sizi and verirəm Allaha, sözdür bu?! Ey Əbu Abdullah, məni üzürlü bil. Bu, zəlalətdə olan və zəlalətə çağıran bir adamın sözüdür. Elə bu qədəri kifayət edər. Mən bu məqaləyə dözdüm. Həyatım boyu heç bir qəzetin heç bir məqaləsinə cavab yazmamışam. Amma bu dəfə özümü bunu etməyə məcbur gördüm. Daxilimdə çox böyük bir şey məni buna sövq etdi. Beləliklə, bu yazıya cavab yazdım. Amma bu dəfə özümü bunu etməyə məcbur gördüm. Daxilimdə çox böyük bir şey məni buna sövq etdi. Beləliklə, bu yazıya cavab yazdım. Məqalənin olduğu səhifədə yazıya rəy yazmaq istədikdə 1000 hərfdən (simvoldan) ibarət rəy yaza bilərsən. 1000 hərfdən (simvoldan) sonra bir şey yazmaq olmur. Mənim də edəcək başqa bir şeyim yox idi. O adama məhz belə yazdım:

“Sənin məqaləni oxudum və məqalənin əxlaq normalarına zidd olduğunu gördüm. O əxlaq normalarına ki, onları aləmlərə rəhmət olaraq göndərilən şəxs (sallallahu əleyhi və alihi) gətirmişdir. Mən sənin “kim rafizi olar?” sualına cavab verəcəyəm. Lakin dilimlə cavab verməzdən qabaq, sənə qəlbimlə, bütün hiss və duyğularımla cavab vermək istəyirəm: "Mən rafizi oldum!" Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd. “Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir və heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Allahın elçisidir. Şəhadət verirəm ki, möminlərin əmiri Əli Allahın vəlisidir. Şəhadət verirəm ki, Fatimətüz-Zəhra Cənnət qadınlarının sərvəridir. Şəhadət verirəm ki, Həsən və Hüseyn Cənnət cavanlarının ağalarıdırlar. “Onların ataları onlardan daha üstündür”.” Bu şəxslər Allah Rəsulu ilə birlikdə “əhli-kisa” (əba əhli) adlanırlar. Fatimə, onun həyat yoldaşı və iki övladı. Bu “kisa hədisi” məşhurdur. Bütün sünni kitablarında var.

Sonra yazdım:

“Mən yazıçını, oxucuları və rəy yazanları…”, mən rəy yazana qədər artıq 40 nəfər rəy yazmışdı. Hamı da deyir: “Allah səndən razı olsun”, “əla yazmısan”, “bunlar elə edirlər”, “bunlar belə edirlər”, üstəlik təhqir də edirlər. Mənim rəyim də 41-ci rəy idi. Dedim: “Mən yazıçını, oxucuları və rəy yazanları Allah Rəsulunun “Sizin aranızda elə bir şey qoyub gedirəm ki, ondan yapışdığınız müddətcə məndən sonra əsla azmayacaqsınız: Allahın kitabı və itrətim Əhli-Beytim” kəlamına tabe olmağa çağırıram”.

Rəyim 1000 hərfə çatdı və bu sonuncu hissəni, “yazıçını, oxucuları.. çağırıram” hissəsini yazmağa yer qalmadı. Odur ardını 42-ci rəydən yazmağa başladım.

Təkrar yazdım: “Mən yazıçını, oxucuları və rəy yazanları… çağırıram”. Beləcə yazımı bitirdim.

Və başladım rəyin qəzetə çatmasını və onların onu təsdiq etmələrini gözləməyə. Çox gözlədikdən sonra nəhayət razı oldular, təxminən 1-2 saat çək-çevir ediblər, “bunu qoyaq-qoymayaq” deyə düşünüblər, - mən belə düşünürəm, - mövzunu müzakirə ediblər.

Amma rəyimin sonunda yazmışdım ki, “bu qəzetdən mötədil olmasını xahiş edirəm”, yəni bu tərəfi də dinlə, o tərəfi də. Beləcə, bu 41 və 42 nömrəli rəyləri sayta yerləşdirməli oldular. Sonradan mən həmin günün tarixinə baxanda o günün Qədir-Xum günü olduğunu gördüm. Muhəmməd və Ali-Muhəmmədə salavat deyin. Hidayət də burada oldu. Yəni bu, adi şiə olmaq deyildi, yəni, nə bilim, bir adam bir az əyri yolda olur, sonra 50 dərəcə dönür, 40 dərəcə dönür… belə deyildi. Mən kamil şəkildə 180 dərəcə, hərbidəki “geriyə dön” kimi döndüm. Bundan sonra hiss etdim ki, bu yolu mənim üçün Allah aydınladıb, Allah göstərib. Seyyid Mürtəza və ya başqası yox ha. Allah! Əlbəttə, indi Seyyid Mürtəza mənim şiə olmağım üçün cəhd edibsə, onda eyb məndən olub, yox etməyibsə, onda ondan olub. Həmçinin, Seyyid Mustafa və digərləri belədir: Ümumiyyətlə, bir şeyi qeyd edim: bütün şiələr ancaq özləri üçün danışırlar. Hal-hazırda bütün aləm, bütün insanlar hidayətə möhtacdırlar. Hamımız başqalarının hidayəti üçün səy etməliyik. Şərt deyil xətib və ya yazıçı olasan. Sadəcə məsələn, vədində doğru adam ola bilərsən, yaxud ixlaslı adam ola bilərsən, tacir ola bilərsən və s. Səy et, bəlkə, kimsə sənin əlinlə hidayət olacaq.

Рейтинг

В этом разделе