»»

Hidayət olanlar 24 - Əbu Bəkr əl-Fəzlullah

Adı: Əbu Bəkr əl-Fəzlullah

Ölkə: Qvineya

Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə

Mənim adım Əbu Bəkr əl-Fəzlullahdır. Mən Qərbi Afrikada yerləşən Qvineyanın Konakri şəhərindənəm.

2003-cü ildən Tairada İslam seminariyasının tələbəsi olmuşam.

Hələ mən uşaq olarkən atam dünyasını dəyişdi. Böyük qardaşım ailənin bütün məsuliyyətini öz üzərinə götürdü. O, məni məktəbə qoydu. Qardaşım məni ərəb-fransız məktəbinə apardı.

Bu məktəbdə oxuyanda, tam orta məktəb mərhələsinə keçməzdən əvvəl biz şiəlik kimi tanınan Əhli-Beyt (ə) təlimi haqqında eşitmişdik. Biz onlar haqqında çoxlu uydurmalar eşitmişdik. Sonralar mənə aydın oldu ki, bunların hamısı uydurma imiş.

Bizim müəllimlərimiz, xüsusən də fənləri dinlə əlaqədar olan müəllimlərimiz bizə deyirdilər ki, "ehtiyatlı olun və şiələrlə heç vaxt yaxın olmayın, xüsusilə də məktəbdə". Çünki o zamanlar bir məktəb vardı, bütün uşaqlar da onların dedikərinə əməl edirdilər.

Mənim böyük qardaşım bir nəfər tanıyırdı. Həmin adamın da böyük qardaşı şeyx idi. Ölkəmizdə ilk şiə olanlardan idi.

Bu, ilk olaraq Syerra-Leonedən başladı. 1989-1990-cı illər ərzində onlar gəlib İslam seminariyasını qurdular. Mənim qardaşım o adamla danışmışdı. O, onun iş yoldaşı olub. Qardaşım ona mənim haqqımda da danışmışdı. Deyib ki, "mənim ağıllı bir qardaşım var. Məktəbdə çox çalışqandır, dərslərində həmişə birincidir. Bütün paytaxt Konakri üzrə rəsmi imtahanlarda birinci olub".

Və deyirdilər ki, onlar ölkəyə məktəb açmağa gəliblər. Onların elm-əhli olması bir fakt idi. Onlar Quranı öyrədirdilər və başqa dini məktəblərdə keçirilməyən fənlərdən də dərslər keçirdilər. Onlar, həqiqətən də, yaxşı tanınırdılar. Əhli-Beyt (ə) təliminin ardınca gedən bütün insanlar onların alim olduğunu təsdiqləyirdilər.

2-3 il sonra qardaşım qərara gəldi ki, bu məktəbi mənə təqdim etsin. O, ilk dəfə bunu mənə deyəndə dedim ki, "hansı məktəb haqqında danışırsan?" Və o, mənə izah etməyə başladı, sonra mən bildim ki, o, Əhli-Beyt (ə) ardıcıllarının məktəbindən danışır.

Mən ona dedim ki, "heç vaxt bu məktəbə getmərəm". O, məndən bunun səbəbini soruşdur. İzah etməyə çalışdım ki, "onlar müsəlman deyillər. Onların başqa Quranları var və onlar bizim Muhəmməd peyğəmbərimizin (Allahın salamı olsun ona və ailəsinə) peyğəmbərliyinə inanmırlar. Belə məktəbə necə gedə bilərəm?!"

Qardaşım mənə dedi ki, "sən şişirdirsən".

Yeri gəlmişkən, mənim qardaşım heç şiə də deyildi. Bu günə qədər də şiə deyil. O, mənə bütün bunların hamısın şişirtmə olduğunu bildirdi.

"Xahiş edirəm ki, gedib bir yoxlayasan. Əgər görsən ki, onlar haqqında deyilənlər doğrudur, heç kəs səni məcbur etmir ki, orada qalasan. Sən də çıxıb istədiyin başqa bir məktəbdə oxuya bilərsən", - qardaşım dedi.

Mən çox açıq şəkildə ona dedim ki, "mən ora getmək istəmirəm".

Lakin sonda mən razılaşdım. Ora qardaşımla getdim. Biz içəri daxil olduq. Orada şiə alimləri əyləşmişdilər. Biz onlarla salamlaşdıq, qardaşım məni onlara təqdim etdi. Və onlara dedi ki, mənim məktəbə girməyimi istəyir. Və onlar razılaşdılar. Amma orada bütün belə tələbələr üçün imtahan var idi. Mən bu ali məktəbə imtahan verdim və demək olar ki, bütün iştirakçılar arasında ən yüksək balı - 100 baldan 95 balı yığdım.

Onlar mənə yaxşı nəticələrimin olduğunu dedilər və ibtidai kursu keçməyimə ehtiyac yoxdur. Beləliklə də, birbaşa birinci kursa girə bildim.

Birinci dərs Quran haqqında idi. Öz özümə fikirləşirdim ki, "mən onların Quranının necə olduğunu öyrənmək istəyirəm".

Müəllim içəri girdi və o, tələbələrə nə isə yeni bir şey paylayırdı. Fatihə, Nas, Bəqərə surələrini oxumağa başladım. İndiyərək Qurandan oxuduğum eyni ifadələri orada da gördüm. Düşündüm ki, "yəqin, bu kitab sünnilər üçündür. Və onlar bizə bundan necə istifadə edə biləcəyimizi öyrətmək istəyirlər".

Dərsə başlamazdan əvvəl müəllim Muhəmməd peyğəmbər (s) və onun ailəsinə dua oxumağa başladı. Bütün sinif də təkrarlayırdı.

Öz-özümə düşündüm ki, "əgər Muhəmməd peyğəmbərin birinci yerdə olmağına inanmırlarsa, bəs o zaman bunu niyə deyirlər?!"

Bu kursda bizə dilçiliyi, ərəb dilinin prinsiplərini öyrədirdilər. Bu fənn 4 hissəyə bölünürdü. Onun dərsliyində hədislər var idi. Onların əksəriyyəti Muhəmməd peyğəmbərdən və İmam Əlidən (Allahın salamı olsun onlara) gələn hədislər idi. Mən bu hədisləri oxudum və çox xoşuma gəldi. Çünki nə zaman onu oxusan, elə hiss edirsən ki, nəsə yeni bir şey, nəsə qeyri-adi bir şəxsdən gələn bir şey oxuyursan.

Mən hələ də bu kitabdan öyrəndiyim ilk hədisi xatırlayıram. O, İmam Əlidən (ə) idi. O deyirdi ki, kim ki, bütün fikirləri qəbul edirsə, hansı tərəfin yalan olduğunu bilir. İkinci də o idi ki, insanlar bilmədiklərinin düşmənidir. Bu hədislərin dərin mənalarını öyrənmək mənim üçün xoş idi.

Bir qonşum var idi. O, məndən niyə bu məktəbə daxil olduğumu soruşdu. O, sələfi idi. O, bu məktəbə girdiyimə görə məni həmişə danlayırdı. Mən ona izah edirdim ki, bu məktəb də digər məktəblər kimidir. Mən o zamanlar şiə deyildim, lakin şiəliyi müdafiə edirdim.

Xatırlayıram, bir dostum mənə dedi ki, "əgər Allah istəsə, sən həmin gün şiə olacaqsan". Mən də and içdim ki, "hətta bu məktəbdə 100 il də qalsam da, heç vaxt şiə olmaram".

Dərslər isə davam edirdi. Təriqətlər və bu cür düşüncələr haqqında bizə yaxşı məlum olan fənlərdən dərs keçirdilər. Bu kitab Şeyx əl- Müzəffərindir. Orada bizim peyğəmbərlik doktrinamız, imamət haqqında olan doktrinamız, tövhid və ədalət doktrinamız haqqında danışılırdı və mən bunların hamısına inanırdım. Artıq inandığım və şiə olan bir şəxs tərəfindən deyilən bütün bu məsələlər haqqında oxuyurdum və sonra məktəbdən kənara çıxıb insanların şiələr haqqındakı cürbəcür şayiələrini eşidəndən sonra, sizcə, şiə olan şəxsə inanmalıydım, yoxsa şiə olmayan bir şəxsə?

Buna görə də, Əhli-Beyt (ə) məktəbi haqqında daha çox öyrənmək istəyən bir sünni kimi, daha mən bu məktəbə qarşı mübarizə aparan insanlara qulaq asa bilmirdim.

Evə gələndə bunları həmin insanlarla müzakirə edirdim və onlara deyirdim ki, şiələr haqqında deyilənlər doğru deyil. Çünki oxuduqlarım sizin dediklərinizdən fərqlidir.

"İmamət əqidəsi" adlı bir fənnimiz var idi. Kitab Şeyx Müzəffərin idi. Bu, tale və qədər haqqında idi. Orada əl-əşirə, əl-mötəzilə və imamiyyənin bu məsələylə bağlı fikirləri yer alırdı. Mənim ağlımda çoxlu suallar var idi. Daha çox tale və qədər haqqında idi. Bu, yaxşı məlum idi ki, başqa İslam məktəblərinin ardıcılları Quranda bu müqəddəs ifadənin izahını görmüşdülər: Allah istədiyini doğru yola yönəldir və istədiyini azdırır. Onlar deyirdilər ki, dində hidayət məsələsi onu ehtiva edir ki, Allah istədiyi kəsi doğru yola yönəldir. Fakt budur ki, istənilən insanın fəaliyyətləri onun şəxsi iradəsinin nəticəsidir yoxsa Allahın iradəsinin nəticəsidir? Yoxsa onların bəziləri Onun niyyətinin nəticəsidir? Və bəziləri Allahın iradəsidir?

Onlar tale və qədər mövzusunda bu məsələni izah edirdilər. Onlardan bəziləri bu məsələdə məcburiyyətə inanırdılar, sanki hər kəs etdiyi hər şeyi etməyə məcburdur. Çünki o, dünyaya gəlməzdən əvvəl hər şey Allah tərəfindən yazılıb. Buna görə heç kəs öz həyatında istənilən xırdalıqdan belə qaça bilməz.

Əhli-Beyt (ə) məktəbinə görə isə nə məcburiyyət var, nə də səlahiyyət. İmam Sadiqin (ə) dediyi kimi, nədirsə, bunların ikisinin arasındadır.

Şeyx bu dərsi, doğrudan da, kifayət qədər geniş izah etdi. Özümü, demək olar ki, tam təmizlənmiş hiss etdim. Beynimdəki bütün məchul suallar tamamilə yoxa çıxdı. Müəllim sinifdən çıxandan sonra qışqıraraq dedim ki, "mən bu andan etibarən Əhli-Beyt (ə) məktəbinin tələbəsiyəm".

Dostlarım təəccüblənmişdilər. Onlar məni əllərinə alıb yuxarı qaldırdılar. O gündən bəri də mən şiə oldum. Bu məktəbdə Muhəmməd peyğəmbərdən (s) başlayaraq Əhli-Beytin (ə) həyatı öyrədilirdi. Çünki biz inanırdıq ki, O (s), yalnız peyğəmbər deyil, həmçinin İmamdır. Çünki o, deyirdi ki, məndən sonra on iki imam var, hamısı da Bəni-Haşimdəndirlər.

Bu insanların haqqında bizə dərs keçəndə, heç bir məntiqli və azad insan ola bilməzdi ki, o müqəddəs şəxslərdən təsirlənməsin. İnsan Əhli-Beytin (ə) həyatını öyrənəndə və onlar haqqında oxuyanda daxili bir yüngüllük keçirir.

Uca Allah deyir ki, Allahı xatırlamaqla ürəklər sevinir. İnsan əməli saleh olmadıqca, onun ürəyi və ruhu heç vaxt dinclik tapa bilməz. İnsan öz puluyla bütün dünyaya sahiblənsə və ona nəzarət etsə belə, Haqla əlaqəsi olmasa, onun heç vaxt daxili sakitliyi ola bilməz.

Biz inanırıq və bilirik ki, doğru olan nədir. Doğru olan Allah və "Siratəl Müstəqim"dir. "Siratəl Müstəqim" isə peyğəmbər (s) və onun ailəsidir (ə). Buna görə də İmam Sadiqdn (ə) Fatihə surəsində deyilən "Siratəl Mustəqim nədir" deyə soruşulduqda, o (ə) deyib ki, "bizik "Siratəl Mustəqim". Bizik Allaha gedən yol".

Buna görə də insan bu yolla və bu "sirat"la əlaqəli olanda, onun ruhunun sakitlik hiss etməməsi mümkünsüzdür. Mən bu "İslam Əhli-Beyt seminariyası"nı 2000-ci ildə bitirdim. Hansı ki, Əhli Beytin təlimi, mədəniyyəti insanı xilas edə bilir və onu məhv olmaqdan xilasa aparır, onların qoyub getdiyi hər şeyi əhatə edir. Biz bunların hamısını dərslərimizdə keçmişik. Amma əgər imkan olsaydı, mən bu şeyləri daha da dərindən bilmək istəyərdim.

2003-cü ildə mən Livana gələndə mənim çoxlu öyrənəcəyim şeylər var idi. Xüsusilə də, dini biliklər barədə öyrənəcəyim çox şeylər var idi.

 

Рейтинг

В этом разделе