»»

Hidayət olanlar 22 - Nacib Marufan

Adı: Nacib Marufan

Ölkə: Suriya

Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə

Mən doktor Nacib Marufam, Suriyanın İdlib əyalətində İmam Hüseyn (ə) məscidinin alimi, eyni zamanda da həmin məsciddə Quran İnstitutunun rəhbəriyəm. Həmçinin İdlibdə İslam məhkəməsində də işləmişəm. Mənim kəndim "Zeyd Sumbul" adlanır. İdlibdə imam və alim olmuşam.

İnsan hər şeyə qadir olan Allaha aparan yolla tanış olmalıdır. Çünki bu dünya fanidir. Bunun bir sonu var. Biz Muhəmməd peyğəmbərdən (s) və onun pak Ailəsindən (ə) öyrənməliyik. Peyğəmbəri (s) onun Əhli-Beytindən (ə) yaxşı başqa kim tanıya bilər?!

Onun ailəsi Xanım Fatimeyi Zəhra (s), İmam Həsən (ə) və İmam Hüseyn (ə)və İmam Əli (ə) daha öndə idilər.

6-cı imam İmam Cəfər ibn Muhəmməd (ə) deyirdi ki, onun Babası (s) xatırladıb ki, Uca Allahın təyin etdiyi sonuncu öhdəlik İmam Əlinin (ə) ardınca getmək olub. Amma Peyğəmbər (s) onu birbaşa elan etməyib, çünki o qorxub ki, insanlar ona inanmazlar.

Peyğəmbər (s) Qureyşdən çox ziyan görmüşdü.

O, Məkkədən Mədinəyə köç etmək istəyəndə İmam Əliyə (ə) dedi ki, həmin gecə onun yerində yatsın və Peyğəmbər (s) söz verdi ki, onun başına heç bir zərərli hadisə gəlməyəcək. Qureyş Peyğəmbərin (s) evinə girmək istəyəndə, Peyğəmbər (s) izdihamın arasında olarkən əlinə torpaq götürərək Yasin surəsini oxumağa başladı. 9-cu ayədə deyilirdi ki, "Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar)."

Beləliklə o Həzrət (s) torpağı onların başına tökdü və izdihamın arasından çıxmağı bacardı. Bu göstərir ki İmam Əli (ə) ilə Peyğəmbərin (s) arasında güclü bağlılıq olub. Peyğəmbər (s) mühacir və ənsar arasında qardaşlıq və  dostluq əlaqələri qurduqdan sonra Əli (ə) ağladı. Peyğəmbər (s) ondan niyə ağladığını soruşdu. Həzrət Əli (ə) dedi ki, sən bu iki tərəflə qardaşlaşdın. Peyğəmbər (s) də cavab verdi ki, sən mənim həyatda və axirətdə qardaşımsan . Necə ki, Harun peyğəmbər (ə) Musa peyğəmbərin (ə) vəlisi idi, eləcə də Əli (ə) də Muhəmməd peyğəmbərin (s) vəlisi və qardaşı idi.  Həm bu həyatda, həm də axirətdə.

Sonra mən Əhli Beyt(ə) haqqında, onların şəxsiyyəti barədə daha çox öyrənməyə başladım.

Hər şeydən əvvəl, Peyğəmbər (ə) onların ardınca getməyi əmr edib. Tarix haqqında oxuyarkən bu kəlamda deyilənlərə bənzər çox şeyləri aşkar etmək olar. Muhəmməd peyğəmbər (s) öz hisslərinin təsiri altında danışmayıb. O Həzrət (s) Qurani-Kərim Nəcm surəsinin 3 və 4-cü ayələrində belə təsvir edilir: "O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir".

Peyğəmbər (s) həcc ziyarətində olanda, bu, onun sonuncu həcc ziyarəti idi. Orada hər bir tərəfdən gələn insanlar var idi. O Həzrət (s) bütün insanları bir yerə toplayıb nitq söylədi. O dedi ki, ola bilsin ki bu gündən sonra bir də nə mən sizi görüm, nə də siz məni görəsiniz. Mən sizə elə bir şey qoyub gedirəm ki, ondan bərk tutsanız, heç vaxt düz yoldan azmazsınız. Həmin əmanətlər Allahın müqəddəs Quranı və Əhli-Beytdir (ə). Bu ikisi heç vaxt bir-birindən ayrılmayacaq.

Başqa bir rəvayətdə bu "sünnə" kimi xatırladılır. "Sünnə" bizim Peyğəmbərimizin (s) İmam Əli (ə) tərəfindən qeydə alınmış təlimatlarıdır. Allahın müqəddəs Quranı və Əhli-Beyt (ə) heç vaxt bir-birindən ayrılmayacaqlar. Və o Həzrət (s) Əhli-Beyt (ə) haqqında danışaraq bildirdi ki, Əlinin (ə) ardınca gedərək onların ardınca getmək lazımdır.

Həcc bitdikdən sonra, onlar Qədir-Xum çölündən keçən zaman hər şeyə qadir olan Allah tərəfindən Peyğəmbərə (s) müqəddəs Quran ayələri nazil olmuşdur.

"Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz", - Maidə surəsinin 67-ci ayəsi.

Beləliklə, Peyğəmbər (s) elan etdi ki, İmam Əli (ə) özündən sonra Onun vəlisidir. Və O, bunu etdikdən sonra müqəddəs Quran ayəsi ona göndərildi.

"Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim", - Maidə surəsinin 3-cü ayəsi.

Beləliklə, mən bütün bunlar haqqında və Əhli Beyt (ə) haqqında kitablar oxumağa başladıqdan sonra, bu yolu seçdim. Çünki, həqiqətən də, Əhli-Beytin (ə) yolu bağışlanma yoludur. Mən Əli (ə) haqqında oxumağa başladım. İmam Həsən (ə), İmam Hüseyn (ə) və həmçinin Peyğəmbərin (s) başına nələr gəldi?..

Peyğəmbər (s) İmam Həsənə (ə) demişdi ki, Allah iki tərəf arasında sənin vəziyyətini müəyyən edəcək. O Həzrət (s) İmam Hüseynə (ə) demişdi ki,, oğul, sən qəddar bir toplum tərəfindən öldürüləcəksən. Və bunlar baş verdi. Zalım və qəddar insanlardan ibarət bir qrup İmam Hüseyni (ə) qətlə yetirdilər. İmam Həsən də (ə) da, eynilə Peyğəmbərin (s) dediyi kimi, digər tərəflərə rəhbərlik etdi. Çünki, Allahın da dediyi kimi, O (s), öz istədiyindən danışmır. Bu, yalnız ona nazil olan vəhydən başqa bir şey deyil.

İmam Həsən (ə) bunu İslamın bölünməsinin qarşısını almaq üçün etdi. Amma bir müddət sonra Yezid hakimiyyət istədi. Və hər kəs bilir ki, Yezid kimdir. O, hakimiyyət üçün uyğun biri deyildi. Əgər kimsə Əhli-Beyti (ə) və Muhəmmədi (s) sevirsə, həmin şəxs Aşuranı xatırlamalıdır. Həmin o faciəli gündə sanki bütün səma ağlayırdı. O gün İmam Hüseynin (ə) ölümünə görə göz yaşları yerinə qan ağlayırdı.

Mən həqiqəti gördüm və bu haqda daha da çox öyrəndikcə, artıq gözübağlı deyildim. Buna görə də mən məni cənnətə aparacaq bu yolu seçdim.

Mən Əhli-Beytin (ə) yolunu seçdim. Çünki Mənzilət hədisində Peyğəmbər (s) Əliyə (ə) demişdi ki, ey Əli, Sənin mənim yanımda olan məqamın Harunun Musanın yanında olan məqamına bərabərdir. Bir fərqlə ki, məndən sonra peyğəmbər gəlməyəcək. Bu yol doğruluq, salehlik və hidayət yoludur.

Əgər bir nəfər Əhli-Beyt (ə) təliminin ardınca gedərək ölərsə, o insan yenilməz qüvvət sahibi olan Allahın iznilə Cənnətdə olacaq. Buna görə də, mən İmam Əlinin (ə) ardınca getmək qərarına gəldim. Çünki onu peyğəmbər tərbiyə etmişdi.

Hədislər doğru yolunu sübutunu göstərdiyi üçün mən bu yolu seçdim. Dediyim kimi, Peyğəmbər (s) həmçinin Qədr-Xum hədisində də açıq-aşkar şəkildə İmam Əlinin (ə) ardınca gedilməli olduğunu bildirir. Əgər bu təlimə diqqətlə nəzər yetirsək, görərik ki, bu təlimin ardıcılı olan hər bir insan doğru yolda gedir. Və Peyğəmbər (s) bu yolda gedən hamı üçün tərəfdar çıxacaq. Lakin, təəssüf ki, görürük ki, çox insanlar bu cür düşünmürlər...

İnsan öz ağlını işlətməlidir və məntiqlə düşünməlidir. Biz Peyğəmbərə (s) aid çoxlu hədislər eşitmişik, amma onların hamısı doğru deyil. Səmimi deyim ki, mən bu məzhəbə keçməyimə görə çox şadam.

Mən Əhli-Beyt (ə) haqqında kitablar oxumağa başladım. O kitablarda həqiqəti və ədaləti tapdım. Ürəyimin dərinliyində bir sakitlik hiss etdim. Əvvəllər heç vaxt hiss etmədiyim bir rahatlıq hiss etdim. Nə vaxt kimsə bu hissləri keçirərsə, elə hiss edəcək ki, sanki dünyanı ona verirlər. Həzrət Muhəmməd (s) və onun pak Ailəsinin (ə) eşqi ürəyində olaraq ölməkdən və Əlinin (ə) ardınca getməkdən gözəl və rahatladıcı heç nə yoxdur!

Mən doğulduğum yerdə bir sıra siyasi çətinliklər var idi. Buna görə də, mən bu məzhəbə keçdiyimi elan edə bilmirdim. Amma mən bu gözəl şəhərə gəldikdən sonra təmiz qəlbli insanlarla tanış oldum və onlarla yaxın ünsiyyət qurdum. Bu insanlar bizim keçdiyimiz çətinlikdə bizə dəstək olan yeganə insanlar idi. Başqa insanlar da var idi ki, qəlbləri qara idi, amma Əhli-Beyt (ə) ardınca gedənlər, Peyğəmbər (s) və Əlini (ə) sevənlər bizi xoş qarşılamaq üçün lazım olan əxlaqa malik idilər. Allah onları qorusun! Allahın iznilə, biz bu yolu əbədi gedəcəyik.

Kimsə Əhli-Beytin (ə) ardınca gedirsə, onu kafir adlandırırlar. Hətta bəzi müsəlmanlar da Əhli-Beyt (ə) ardıcıllarını kafir adlandırırlar. Amma əsl İslam Əhli-Beytin (ə) əsasında formalaşıb. Bəli, bu təlim bəyan edir ki, biz heç kəsə qarşı döyüşməməliyik.

Səmimi deyim ki, mən bu məzhəbə gəlməyimlə bağlı keçirdiyim hissləri təsvir edə bilmirəm.. Yalnız onu deyə bilərəm ki, bütün aləmlərin rəbbi olan Allaha şükürlər olsun ki, mənə doğrunu dərk etməyə və yalnış olandan yayınmağa imkan verib.  Və mən ümidvaram ki, bu müqəddəs və xeyirli yolda qalacağam. Allahdan istəyirəm ki, bu yolun xətrinə, bizə şəhidlik qismət etsin, inşallah.

Mən hər şeyə qadir olan Allahdan bizi bütün zərərlərdən qorumasını istəyirəm. Allah insanlara uzaqgörənlik versin ki, onlar düzgün dinə gələ bilsinlər.



Рейтинг

В этом разделе