»»

Sələfi şeyxi əl-Albaninin qızılın hökmü barədə cəhaləti

Rəhman və Rəhim olan Allahın adı ilə.

Bu məqalədə sələfi şeyxi Nasiruddin əl-Albaninin qadınların qızıl zinət əşyası taxmaları barədə alimlərin icmasına zidd mövqeyinin şahidi olacaqsınız.

Şeyx əl-Albani yazır:

39 تحريم خاتم الذهب ونحوه على النساء:
واعلم أن النساء يشتركن مع الرجال في حريم خاتم الذهب عليهن، ومثله السوار والطوق من الذهب؛

Qızıl üzük və bənzəri şeylərin qadınlara haram olması:

Bil ki, qızıl üzüyün haramlığı mövzusunda qadınlar kişilərlə müştərəkdir. Qızıl bilərzik və boyunbağıda bunun kimidir.

Nasiruddin əl-Albani, Ədəv əz-zifaf fi əs-sünnə əl-mütəhhərə, s.150; əl-Məktəbə əl-İslamiyyə, 1409/1999

Onlayn mənbə 1: uqu.edu.sa
Onlayn mənbə 2: imamu.edu.sa

 

Fotoşəkil: Nasiruddin əl-Albani, Ədəv əz-zifaf fi əs-sünnə əl-mütəhhərə, əl-Məktəbə əl-İslamiyyə, Amman, 1409/1999

Kitabı yükləmək üçün: ÜNVAN 1, ÜNVAN 2

İndi isə əhli-sünnə alimlərinin fikirləri ilə tanış olaq.

İbn Həcər əl-Əsqəlani yazır:

فالنهي عن خاتم الذهب أو التختم به مختص بالرجال دون النساء فقد نُقل الإجماع على إباحته للنساء

Qızıl üzük və ya onun taxılmasının qadağan olunmaı qadınlara aid olmayıb kişilərə məxsusdur. Bunun qadınlara mübah olması haqqında icma nəql edilmişdir.

İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari, c.10, s.317; Dar əl-Marifə, Beyrut; təhqiq və təshih: Əbdül-Əziz b. Abdullah b. Baz

Onlayn mənbə 1: islamport, 10/317
Onlayn mənbə 2: imamu.edu.sa

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari, c.10, s.317; Dar əl-Marifə, Beyrut; təhqiq və təshih: Əbdül-Əziz b. Abdullah b. Baz

Kitabı yükləmək üçün: ÜNVAN

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari, c.13, s.355; Dar Teybə, ər-Riyad, 1426/2005; təhqiq: Nəzər b. Muhəmməd əl-Fəryabi

Kitabı yükləmək üçün: ÜNVAN

Muhyiddin ən-Nəvəvi yazır:

أجمع المسلمون على إباحة خاتم الذهب للنساء وأجمعوا على تحريمه على الرجال إلا ما حكي عن أبي بكر بن عمر بن محمد بن حزم أنه أباحه , وعن بعض أنه مكروه لا حرام , وهذان النقلان باطلان وقائلهما محجوج بهذه الأحاديث التي ذكرها مسلم مع إجماع من قبله على تحريمه مع قوله صلى الله عليه وسلم في الذهب والحرير : إِنَّ هَذَيْنِ حَرَامٌ عَلَى ذُكُورِ أُمَّتِي ، حِلٌّ لإِنَاثِهِمْ

Müsəlmanlar, qadınlara qızıl üzüyün mübah olduğunda, kişilərə isə haram olduğunda icma etmişlər. Lakin, Əbu Bəkr bin Ömər bin Muhəmməd bin Hazmdan kişilər üçün də qızılı mübah görməsi rəvayət edilmişdir. Bəzilərindən isə bunun haram deyil məkruh olduğu nəql edilmişdir.

Bu iki nəql batildir və bu iki görüşün sahibinə özündən əvvəlkilərin bu işin haram olması üzərində icmasıyla bərabər Muslimin zikr etdiyi hədislər və Nəbinin - sallallahu aleyhi və səlləm - qızıl və ipək haqda bu sözlərilə dəlil gətirilər: Bu ikisi Ümmətimin kişilərinə haram, onların qadınlarına isə halaldır.

Muhyiddin ən-Nəvəvi, əl-Minhac fi şərh Səhih Müslim, c.14, s.65; Misir, 1347/1929

Onlayn mənbə 1: al-islam.com
Onlayn mənbə 2: islamport, 14/65

 

Fotoşəkil: Muhyiddin ən-Nəvəvi, əl-Minhac fi şərh Səhih Müslim, c.14, s.65; Misir, 1347/1929

Kitabı yükləmək üçün: ÜNVAN

Рейтинг

В этом разделе