»»

Sələfi şeyxi Nasiruddin əl-Albanidən istimna barədə əhli-sünnə icmasına zidd fətva

Rəhman və Rəhim olan Allahın adı ilə.

Hörmətli oxucuların nəzərinə çatdırmaq istərdik ki, bu cür mövzulara toxunmağın heç də həvəsində deyilik. Əqidə məsələlərini kənarda qoyub əhli-xilafın fiqhi ilə vaxt itirmək bizə də xoş deyil. Amma özlərinə əhli-sünnə vəl-cəmaa, və ya sələfi deyən azğın vəhabilərin şiə alimlərinin müxtəlif fətvalarını öz ağıllarına görə yozmaları, qəsd edilən mənadan təmamilə başqa bir mənada insanlara çatdırmaları, onları təhrif etmələri, o cümlədən şiə alimləri arasında fiqhdə ixtilaflar olduğunu ön plana çəkmələri bizi bu cür mövzular açıb müzakirə etməyə və qarşı tərəfə onların öz fiqhlərini göstərməyə məcbur edir.

Beləliklə, mövzu oruc olarkən istimna edən şəxsin orucunun hökmü barədədir.

Əvvəla, dinə təzə gələn oxucularımız üçün istimnanın nə olduğunu açıqlamağı lazım bilirik.

İstimna - ərəb sözüdür, masturbasiya deməkdir. Cinsi əlaqə olmadan cinsiyyət orqanının ovxalanaraq orqazma çatdırılma prosesidir.

Bizim burada müzakirə edəcəyimiz məqam oruc ikən kişinin öz əli ilə istimna etməsi, xanımını öpməsi, və ya qucaqlaması ilə özündən sperma xaric olması və bu əməlin orucu batil edib-etməməsidir.

Vəhabilərin məşhur alimlərindən olan Nasiruddin əl-Albani yazır:

قوله: «الاستمناء (إخراج المني) سواء أكان سببه تقبيل الرجل لزوجته أو ضمها إليه أو كان باليد فهذا يبطل الصوم ويوجب القضاء».
قلت: لا دليل على الإبطال بذلك وإلحاقه بالجماع غير ظاهر ولذلك قال الصنعاني:
«الأظهر أنه لا قضاء ولا كفارة إلا على من جامع وإلحاق غير المجامع به بعيد».
وإليه مال الشوكاني وهو مذهب ابن حزم فانظر «المحلى» 6 / 175 - 177 و205.
ومما يرشدك إلى أن قياس الاستمناء على الجماع قياس مع الفارق أن بعض الذين قالوا به في الإفطار لم يقولوا به في الكفارة قالوا:
«لأن الجماع أغلظ والأصل عدم الكفارة».
انظر «المهذب» مع «شرحه» للنووي 6 / 368.
فكذلك نقول نحن: الأصل عدم الأفطار والجماع أغلظ من الاستمناء فلا يقاس عليه. فتأمل.

İstimna (sperma çıxarma) - istər kişinin öz xanımını öpməsi, və ya qucaqlaması ilə, istərsə də əli ilə olsun, orucu batil edərək onun qəzasını vacib edir.

Mən deyirəm: Bunun orucu batil etməsinə dəlil yoxdur.

Bunu icmaya birləşdirmək zahir deyil. Buna görə də əs-Sənani deyib: «Cinsi əlaqədən başqa şey olarsa qəza və kəffarə yoxdur. Cinsi əlaqədən başqasını onun (cinsi əlaqənin) hökmünə aid etmək isə uzaqdır.» əş-Şəvkani də buna meyl etmişdir. Bu İbn Həzmin məzhəbidir. («əl-Muhəlla», c.6, s.175-177 və 205) Sənə istimnanı cinsi əlaqə ilə qiyas etməyin qiyas məəl-fariq (bu da qəbul olunmur) olmasını bildirəcək budur ki, (qiyas yolu ilə) istimnanın orucu batil etdiyini deyənlər kəffarə haqqında bunu demirlər. Onlar deyirlər: «Çünki icma (qiyasdan) daha güclüdür. Əsl budur ki, kəffarə yoxdur.» ən-Nəvəvinin «əl-Muhəzzəb» kitabına (6/368) yazdığı şərhinə bax.

Buna görə də biz deyirik: «Əsl budur ki, orucu batil etmir. Cinsi əlaqə istimnadan qəlizdir. Ona görə də bunlar qiyas olunmaz.»

Nasiruddin əl-Albani, Təmam əl-minnə fi təliq əla fiqh əs-sünnə, s.418-419; Dar ər-Raya, ər-Riyad

Onlayn mənbə: shamela

 

Fotoşəkil: Nasiruddin əl-Albani, Təmam əl-minnə fi təliq əla fiqh əs-sünnə, s.418-419; Dar ər-Raya, ər-Riyad (yüklə)

İndi isə digər əhli-sünnə alimlərinin bu barədə fikirləri ilə tanış olaq.

1. İbn Qudamə deyir:

فصل : ولو استمنى بيده فقد فعل محرما ، ولا يفسد صومه به إلا أن ينزل ، فإن أنزل فسد صومه

Əgər kişi əli ilə istimna etsə, haram iş görmüş olar, lakin əgər sperma xaric olmasa, orucu pozulmaz. Əgər sperma xaric olsa, orucu pozular.

İbn Qudamə, əl-Muğni, c.3, s.128; Məktəbə əl-Qahirə, 1388/1968

Onlayn mənbə: shamela

 

Fotoşəkil: İbn Qudamə, əl-Muğni, c.4, s.363; Dar əl-Aləm əl-Kutub, ər-Riyad, 1417/1997; təhqiq: Abdullah b. Abdul-Muhsin ət-Turki (yüklə)

İbn Qudamə kitabın başqa bir yerində deyir:

الحال الثاني ، أن يمني فيفطر بغير خلاف نعلمه

İkinci halda (yəni, əgər kişi arvadını öpdükdə) sperma xaric olsa, orucu pozular və bildiyimiz qədərilə bu barədə alimlər arasında ixtilaf yoxdur.

İbn Qudamə, əl-Muğni, c.3, s.127; Məktəbə əl-Qahirə, 1388/1968

Onlayn mənbə: shamela

 

Fotoşəkil: İbn Qudamə, əl-Muğni, c.4, s.361; Dar əl-Aləm əl-Kutub, ər-Riyad, 1417/1997; təhqiq: Abdullah b. Abdul-Muhsin ət-Turki (yüklə)

2. Əhli-sünnənin şafei məzhəbindən olan məşhur alimi Muhyiddin ən-Nəvəvi yazır:

إذا قبل أو باشر فيما دون الفرج بذكره أو لمس بشرة امرأة بيده أو غيرها ، فإن أنزل المني بطل صومه وإلا فلا ، لما ذكره المصنف ، ونقل صاحب الحاوي وغيره الإجماع على بطلان صوم من قبل أو باشر دون الفرج فأنزل

Əgər kişi (arvadını) öpsə, cinsi əlaqədə olmadan yaxınlıq etsə, və ya əli ilə onun dərisinə toxunsa, sperma xaric olduğu təqdirdə orucu batil olur, əks halda isə batil olmaz. «əl-Havi» kitabının sahibi və digərləri rəvayət ediblər ki, arvadını öpən, yaxud cinsi əlaqəyə girməmək şərtilə ona toxunan kişidə sperma xaric olduğu təqdirdə orucun batil olması barədə alimlər icma etmişdirlər.

Muhyiddin ən-Nəvəvi, əl-Məcmu şərh əl-muhəzzəb, c.6, s.322; Dar əl-Fikr, Beyrut

Onlayn mənbə: shamela

 

Fotoşəkil: Muhyiddin ən-Nəvəvi, əl-Məcmu şərh əl-muhəzzəb, c.6, s.349; Məktəbə əl-İrşad, Ciddə; təhqiq: Muhəmməd Nəcib əl-Mutii (yüklə)

3. Əbu Vəlid əl-Qurtubi yazır:

فكلهم يقولون : إن من قبل فأمنى فقد أفطر

Onların hamısı (yəni, 4 əhli-sünnə məzhəb imamı) deyir ki, kişi (arvadını) öpər və sperma xaric olarsa, orucu pozular.

Əbu Vəlid ibn Rüşd əl-Qurtubi, Bidayə əl-müctəhid və ən-nihayə əl-muqtəsid, c.1, s.234; Dar İbn Həzm, Beyrut, 1420/1999

Onlayn mənbə: islamweb

 

Fotoşəkil: Əbu Vəlid ibn Rüşd əl-Qurtubi, Bidayə əl-müctəhid və ən-nihayə əl-muqtəsid, c.2, s.700; Dar əl-Salam, Qahirə, 1416/1995; təhqiq: Abdullah əl-Əbadi (yüklə)

4. Digər bir vəhabi alimi Şeyx əl-Useymin deyir:

ولا يحل لإنسان أن يداعب زوجته إذا عرف من نفسه أنه ينزل بهذه المداعبة ، لأن بعض الناس يكون سريع الإنزال فبمجرد ما يداعب المرأة ، أو يقبلها مثلاً أو ما أشبه ذلك ينزل . فنقول لهذا الرجل : لا يحل لك أن تداعب امرأتك ما دمت تخشى أن تنزل

Əgər kişi arvadı ilə cinsi əlaqədən öncəki sevişmə hərəkətlərini etdiyi təqdirdə sperma xaric olacağını bilirsə, etməsi icazəli deyil. Çünki, bəzi insanlardan bu cür yolla, və ya sadəcə öpüşməklə və s. hallarda sperma tez bir zamanda xaric olur. Biz bu cür şəxslərə deyirik: Arvadınızla cinsi əlaqədən öncəki sevişmə hərəkətlərini etdiyiniz, və ya sadəcə onu öpdüyünüz təqdirdə sperma xaric olacağından ehtiyat edirsinizsə, bu sizə icazəli deyil.

Muhəmməd b. Salih əl-Useymin, Məcmuə əl-fətava ər-rəsail, c.19, s.237, №193; Dar əl-Surəyya, ər-Riyad, 1413/1993; təhqiq: Fəhd b. Nasir b. İbrahim əs-Suleyman

Onlayn mənbə: shamela

 

Fotoşəkil: Muhəmməd b. Salih əl-Useymin, Məcmuə əl-fətava ər-rəsail, c.19, s.237, №193; Dar əl-Surəyya, ər-Riyad, 1423/2003; təhqiq: Fəhd b. Nasir b. İbrahim əs-Suleyman (yüklə)

Şeyx əl-Useymin digər bir kitabı olan «Şərh əl-mumti»də yazır:

إذا طلب خروج المني بأي وسيلة ، سواء بيده ، أو بالتدلك على الأرض ، أو ما أشبه ذلك حتى أنزل ، فإنّ صومه يفسد بذلك ، وهذا ما عليه الأئمة الأربعة رحمهم الله مالك ، والشافعي ، وأبو حنيفة ، وأحمد .
وأبى الظاهرية ذلك وقالوا : لا فطر بالاستمناء ولو أمنى ، لعدم الدليل من القرآن والسنة على أنه يفطر بذلك ، ولا يمكن أن نفسد عبادة عباد الله إلا بدليل من الله ورسوله صلّى الله عليه وسلّم
.
ولكن عندي والله أعلم أنه يمكن أن يستدل على أنه مفطر من وجهين
:
الوجه الأول النص : فإن في الحديث الصحيح أن الله سبحانه وتعالى قال في الصائم : ( يدع طعامه وشرابه وشهوته من أجلي ) والاستمناء شهوة ، وخروج المني شهوة ، والدليل على أن المني يطلق عليه اسم شهوة قول الرسول صلّى الله عليه وسلّم : ( وفي بضع أحدكم صدقة قالوا : يا رسول الله أيأتي أحدنا شهوته ويكون له أجر ؟ قال : أرأيتم لو وضعها في الحرام أكان عليه وزر ؟ كذلك إذا وضعها في الحلال كان له أجر ) والذي يوضع هو المني
.
الوجه الثاني : القياس ، فنقول : جاءت السنة بفطر الصائم بالاستقاء إذا قاء ، وبفطر المحتجم إذا احتجم وخرج منه الدم ، وكلا هذين يضعفان البدن
.
أما خروج الطعام فواضحٌ أنه يضعف البدن ؛ لأن المعدة تبقى خالية فيجوع الإنسان ويعطش سريعاً
.
وأما خروج الدم فظاهر أيضاً أنه يضعف البدن ، وخروج المني يحصل به ذلك فيفتر البدن بلا شك ، ولهذا أمر بالاغتسال ليعود النشاط إلى البدن ، فيكون هذا قياساً على الحجامة والقيء
.
وعلى هذا نقول : إن المني إذا خرج بشهوة فهو مفطر للدليل والقياس " انتهى باختصار
.
وبهذين الدليلين : قضاء الشهوة ، وإضعاف البدن ، استدل شيخ الإسلام ابن تيمية رحمه الله على أن الاستمناء مفسد للصيام

Əgər kişi nə yolla olur olsun – istər əllə, istər yerə sürtməklə və s. yollarla sperma xaric etmək istəyirsə və edirsə, onun orucu batil olur. Bu, 4 imamın – Malik, əş-Şafei, Əbu Hənifə və Əhmədin görüşüdür.

Zahirilər bunu inkar etmiş və demişdirlər: Hətta sperma xaric olsa belə istimna ilə oruc batil olmaz. Çünki bu barədə Quran və ya sünnədən orucun bu yolla batil olmasına dəlil yoxdur və bir ibadət Quran və Allahın Rəsulundan (s) gələn dəlil olmadıqca batil olmaz. Lakin mənim fikrimcə - əlbəttə Allah daha yaxşı bilir – biz bu hərəkətin orucu pozduğunu aşağıdakı iki məsələyə əsasən başa düşə bilərik:

1. Səhih hədisdə Allah – sübhənahu və təala – oruc tutan şəxs haqqında buyurur: “O, öz yeməyindən, içməyindən və şəhvətindən Mənim rizam üçün imtina edir.” İstimna və sperma xaric etmə də bir şəhvət növüdür. Spermanın şəhvət növü olmasına dəlil Peyğəmbərin (s) bu sözləridir: “Sizlərdən hər birinin cinsi yaxınlığında xeyir var.” Onlar dedilər: “Ya Rəsulullah, əgər bizlərdən biri şəhvətimizi ödəyiriksə, bunun üçün də mükafat varmı?” Peyğəmbər (s) buyurdu: “Görmürsünüzmü əgər birisi şəhvətini haram yolla ödəsə, günah yükü daşımış olacaq? O cümlədən də, halal yolla şəhvətini ödəyən şəxs mükafat alacaqdır.” Burda qəsd olunan spermadır.

2. Qiyas əsasında. Biz deyirik ki, sünnəyə əsasən bir şəxs özünü qusmağa məcbur edib qusarsa, orucu pozular, həmçinin həcəmət yolu ilə müalicə olunursa həcəmət olduğu təqdirdə qan gəldikdə, orucu pozular. Bunların hər ikisi bədəni zəiflədir.

Yeməyin bədəndən çıxmasına (qusmağa) gəldikdə, mədə boş qaldığı və insan tez acdığı və susadığı üçün aydındır ki, bədən zəifləyir.

Qan çıxmasına gəldikdə, o da həmçinin bədəni zəiflədir, bədəni zəiflətməsi şübhə doğurmayan sperma xaric olması ilə eyni nəticələrə səbəb olur. Müvafiq olaraq, bunun üçün bədənin enerjisini bərpa edən qüsl əmr edilmişdir. Bu isə qusma və həcəmət ilə analogiya təşkil edir.

Buna əsasən biz deyirik: əgər sperma şəhvətlə xaric edilmişdirsə, o zaman dəlil və qiyasa əsasən orucu pozur.

Bu iki – yəni, şəhvətin ödənilməsi və bədəni zəiflətməsi – dəlilə əsasən Şeyxul-İslam İbn Teymiyyə istimnanın orucu pozduğunu söyləmişdir.

Muhəmməd b. Salih əl-Useymin, Şərh əl-mumti əla zad əl-mustəqni, c.6, s.373-375; Dar ibn əl-Cəuzi, əd-Dəmmam, 1422-28/2002-2008

Onlayn mənbə: shamela

 

Fotoşəkil: Muhəmməd b. Salih əl-Useymin, Şərh əl-mumti əla zad əl-mustəqni, c.6, s.373-375; Dar ibn əl-Cəuzi, əd-Dəmmam, 1422-28/2002-2008 (yüklə)

5. Və nəhayət sonuncu olaraq, vəhabilərin sevimli şeyxlərindən olan İbn Baz deyir:

الاستمناء في نهار الصيام يبطل الصوم إذا كان متعمدا ذلك وخرج منه المني ، وعليه أن يقضي إن كان الصوم فريضة ، وعليه التوبة إلى الله سبحانه وتعالى ؛ لأن الاستمناء لا يجوز لا في حال الصوم ولا في غيره ، وهو التي يسميها الناس العادة السرية

Ramazan ayında qəsdən və spermanın gəlməsi ilə nəticələnən istimna etmək orucu pozur. Şəxs həmin orucu yenidən vacib olaraq tutmalıdır və Allah qarşısında tövbə etməlidir. Çünki insanların «gizli vərdiş» adlandırdıqları istimna şəxsin oruc tutub-tutmamasından asılı olmayaraq icazəli deyil.

Əbdül-Əziz ibn Abdullah ibn Baz, Məcmuə əl-fətava , c.15, s.267, №79; Dar əl-Qassim, ər-Riyad, 1420/2000

Onlayn mənbə: shamela

 

Fotoşəkil: Əbdül-Əziz ibn Abdullah ibn Baz, Məcmuə əl-fətava , c.15, s.267, №79; Dar əl-Qassim, ər-Riyad, 1420/2000 (yüklə)

Nəticə:

1. Sələfi Nasiruddin əl-Albani adi bir fiqhi məsələdə 4 məzhəb imamına, o cümlədən əhli-sünnə icmasına müxalifət edir.

2. əl-Albani bu müxalif fətvasına izah verərkən zahiri məzhəbinə meylli olan əs-Sənani, əş-Şəvkani və zahirilərin ən böyük alimi olan İbn Həzmdən sitat gətirir. Şeyx əl-Useyminin də dediyi kimi, zahirilər bu məsələdə əhli-sünnənin icmasına əks gediblər.

3. Sual çıxır: Bəlkə elə əl-Albaninin də zahirilərə xüsusi məhəbbəti və meyli olub?

Рейтинг

В этом разделе