»»

"Mən şəriət əhkamlarında şafeiyəm, əqidədə əşəriyəm" deyən şəxsin hökmü

İbn Teymiyyə özünün fətvalar toplusunda öz fikirlərinə dəstək olaraq İmam əl-Kərəcidən aşağıdakı sitatı qeyd edir:

فَمَنْ قَالَ : أَنَا شَافِعِيُّ الشَّرْعِ أَشْعَرِيُّ الِاعْتِقَادِ قُلْنَا لَهُ : هَذَا مِنْ الْأَضْدَادِ لَا بَلْ مِنْ الِارْتِدَادِ إذْ لَمْ يَكُنْ الشَّافِعِيُّ أَشْعَرِيَّ الِاعْتِقَادِ ...
وَقَدْ اُفْتُتِنَ أَيْضًا خَلْقٌ مِنْ الْمَالِكِيَّةِ بِمَذَاهِبِ الْأَشْعَرِيَّةِ وَهَذِهِ وَاَللَّهِ سُبَّةٌ وَعَارٌ وَفَلْتَةٌ تَعُودُ بِالْوَبَالِ وَالنَّكَالِ وَسُوءِ الدَّارِ عَلَى مُنْتَحِلِ مَذَاهِبِ هَؤُلَاءِ الْأَئِمَّةِ الْكِبَارِ فَإِنَّ مَذْهَبَهُمْ مَا رَوَيْنَاهُ : مِنْ تَكْفِيرِهِمْ : الْجَهْمِيَّة وَالْمُعْتَزِلَةَ وَالْقَدَرِيَّةَ والواقفية وَتَكْفِيرِهِمْ اللَّفْظِيَّةَ
"

Kim desə ki, “mən şəriət əhkamlarında şafeiyəm, əqidədə əşəriyəm”, biz ona deyərik: Bu ikisi bir-birinə əks şeylərdi, sən onlardan birindən əl çəkməlisən. Axı əş-Şafei əqidədə əşəri olmayıb…

Əşərilərin fitnəsinə bir çox malikilər də aldanıblar. And olsun Allaha bu, təhqir və biyabırçılıqdı. Bu böyük imamların məzhəblərinə tabe olanlara gələcək həyatlarında bəla və cəza şəklində qayıdacaq, onlara pis bir sığınacaq olacaq. Axı həqiqətdə onların məzhəbləri bizim rəvayət etdiklərimizdi. Onlar cəhmiləri, mötəziləni, qədəriləri, vaqifiləri, ləfziyyəni təkfir edirdilər.

Fotoşəkil: İbn Teymiyyə əl-Hərrani, Məcmu əl-fətava, c.4, s.177

Onlayn mənbə: islamweb.net

 

Fotoşəkil: İbn Teymiyyə əl-Hərrani, Məcmu əl-fətava, c.4, s.177; təhqiq: Şeyx Əbdur-Rəhman bin Muhəmməd bin Qasim və oğlu Şeyx Muhəmməd bin Əbdür-Rəhman

Kitabı yükləmək üçün: ÜNVAN

 

Fotoşəkil: İbn Teymiyyə əl-Hərrani, Məcmu əl-fətava, c.4, s.106; Dar əl-Vəfa, Misir; təhqiq: Amir əl-Bəzzar və Ənvər əl-Baz

Kitabı yükləmək üçün: ÜNVAN

Məşhur əhli-sünnə alimi Tac əd-din əs-Subki digər bir əhli-sünnə alimi Əbu İshaq əş-Şirazidən aşağıdakı sitatı qeyd edir:

وأبو الحسن الأشعري إمام أهل السنة، وعامة أصحاب الشافعي على مذهبه، ومذهبه مذهب أهل الحق

Əbu əl-Həsən əl-Əşəri - əhli-sünnə imamıdır. Şafeilərin əksəriyyəti onun məzhəbindədir (yəni, əşəridir), onun məzhəbi haqq əhlinin məzhəbidir.

 

Fotoşəkil: Tac əd-Din əs-Sübki, Təbəqat əş-şafii, c.3, s.376; naşir: Feysal İsa əl-Babi əl-Hələbi; təhqiq: mahmud Muhəmməd əl-Tənahi və Əbd əl-Fəttah əl-Hulu

Kitabı yükləmək üçün: ÜNVAN

Beləliklə, bu fikirlərə əsasən əqidəsi əşəri, məzhəbi şafei olan bütün alimlər təkfir olunurlar. Bu siyahıya "Səhih Müslim"i şərh edən İmam ən-Nəvəvi, Cəlaləddin əs-Suyuti, İmam əl-Hərəmeyn əl-Cuveyni kimi alimlər başçılıq edir. Bu siyahını çox uzatmaq olar. Biz sadəcə hər kəsin tanıdığı 3 əsas alimin adını qeyd etdik. Bu fətvaya görə təkfir olunmalı alimlər və şəxslərin isə dünyada sayı-hesabı yoxdur.

Рейтинг

В этом разделе