
İsra.az internet qəzetinin İsra informasiya agentliyinə istinadən verdiyi xəbərə əsasən İsrail kəşfiyyat qaynaqları, təxminən 1000 nəfər Fəthlinin Hizbullaha qoşulduğunu bildirdi.
İstanbul Barı Başçılığı; 8 Mart Dünya Qadınlar Günü səbəbindən nəşr etdiyi mətbuat şərhində, "Dünyəvi Respublikanın böyük səy və fədakarlıqlarla; təcrid edildikləri qəfəslər arxasından çıxarmağa məşğul olduğu qadınlar, bu gün yenidən örtünməyə, evə istiqamətləndirilməyə çalışılmaqdadır" ifadələrini istifadə etdi.
Türkiyənin Xarici Ticarətdən Məsul Dövlət Naziri Zafer Çağlayan ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qondarma erməni soyqırımı qətnaməsinin qəbuluna cavab olaraq Birləşmiş Ştatlara səfərini təxirə salıb. “Hurriyet Daily News”un yazdığına görə, Z.Çağlayanın rəhbərlik etdiyi Türkiyə biznesmenlərindən ibarət nümayəndə heyəti martın 19-da ABŞ-a səfər etməli idi. Lakin bazar ertəsi Türkiyə hökuməti tərəfindən səfərin təxirə salınmasına dair qərar qəbul olunub.