Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı ölkəsinin Qəzza sektoruna gedən "Azadlıq donanması"nı dəstəkləməsi ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun bu günlərdə irəli sürdüyü ittihamı təkzib edib.
Qafqaz müsəlmanlarının dini lideri, şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilə Azərbaycan Ordusunun giziri Mübariz İbrahimovun meyidinin qaytarılması məsələsində yardım üçün müraciət etmək niyyətindədir.