
"Hizbullah"la döyüş meydanlarında və siyasi müstəvidə bacarmayacaqlarını anlayan sionistlər indi daha çox yalanlara və böhtanlara əl atmaqla, rəqiblərinə iftira yaxmağa səy göstərirlər.
Türkiyə Böyük Millət Məclisinin bugünkü toplantısında hakim Ədalət və İnkişaf Partiyasının ölkə konstitusiyasına təklif etdiyi əlavə və dəyişikliklər ikinci oxunuşda qəbul edilib. “CNN Türk”ün məlumatına görə, səsvermə zamanı 336 millət vəkili əlavə və dəyişikliklərin lehinə, 72 nəfər isə əleyhinə səs verib. Bir nəfər isə bitərəf qalıb.
Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah, Misir məhkəməsinin Hizbullaha mənsub şəxslər əleyhində verdiyi qərarı haqsız və zalım qərar olaraq xarakterizə etdi.
Açıqlamasında Nəsrullah, Qəzzadakı məsum insanlara kömək etmək və müqaviməti dəstəkləmək məqsədiylə hərəkət edən bu kəslərin haqsız yerə cəzalandırıldığını və bunun da zalım bir siyasət olduğunu ifadə etdi.
İsra.Az saytının istinadlı xəbərinə görə, internetdə səs yazısı yayınlanan əl-Arifi bunları söylədi: “Şiə üləmasında həqiqətən: təvazö, dünyaya düşkün olmamaq, Zöhd, Allaha zikr, Allaha, rəsuluna və Əhlibeytinə sevgi var.” əl Arifi: “Şiə alimlərinin əhli sünnə alimlərinə görə Peyğəmbər və onun buyruqlarına zöhd və hidayət baxımından daha yaxın olduqlarını” ifadə etdi.