
İsra.Az saytının istinadlı xəbərinə görə, İran İslam Respublikası prezidenti Mahmud Əhmədinecad, Amerika Birləşmiş Ştatlarının Əfqanıstan və İraq işğalları və sonrasında etdikləri böyük səhvlər ilə bataqlığa batdığını söylədi.
İsra.az internet qəzetinin İsraHaber-ə istinadən verdiyi xəbərə əsasən Livan İslami Müqaviməti Hizbullahın Cənub Livan nümayəndəsi Şeyx Nəbil Qauq, Livanın Marun Ras bölgəsində təşkil edilən “Fələstin və Qüds Üçün Müsəlman Alimlər Yığıncağı”nda etdiyi danışmasında, Hizbullahın Fələstin üçün hər cür əvəzi ödəməyə hazır olduğunu söylədi.
İraq Prezidenti Cəlal Talibani, Əfqanıstan Prezidenti Həmid Kərzai, Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov və Tacikistan Prezidenti İmaməli Rəhman İranda keçiriləcək Novruz Bayramı mərasimlərində iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcəklər. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.