Azərbaycan KİV-indən Seyyid Xameneiyə böhtan

Seyyid Əli Xamenei

İran İslam Respublikasının Ali dini lideri Ayətullah Seyyid Əli Xameneinin ilaxır çərşənbə ilə əlaqədar söylədiyi sözlər kobud şəkildə təhrif edilib

İslam-Azeri.az İnternet qəzetinin İran KİV-inə istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei ona "Çərşənbə Suri" (ilaxır çərşənbə) haqqında ünvanlanan sualı belə cavablandırıb: "Bunun islamla heç bir əlaqəsi yoxdur və o, şəriətdə öz əksini tapmayıb". 

Göründüyü kimi, ilaxır çərşənbəsinin hər hansı bir yasaqlanmasından söhbət getmir və İranda sabah tonqal üstündən atlanmaq istəyənlər qarşısında heç kim maneə törətmək niyyətində deyil. Maraqlıdır ki, ilaxır çərşənbənin İslamla əlaqəli olmamasını Azərbaycanın istər dindar, istərsə də qeyri-dindar təbəqəsi də qəbul edir. Ayətullah Xamenei də bunu bir daha təsdiq edib.

Təəssüflər olsun ki, bulanıq suda təfriqə və iftira balığı aramağa adət edənlər yenə də müəyyən sifarişləri yerinə yetirərək, qonşu ölkəni çirkaba bulaşdırmaqdan çəkinməyiblər.

Belə ki, Ayətullah Xameneinin söylədiklərinə əsaslanaraq, onun ilaxır çərşənbəyə qadağa qoyduğu iddia edliib, hətta bu yalan manşetə çıxarılıb. Amma bəlli olduğu kimi, yalanın ömrü o qədər də uzun olmur. Bu dəfə isə bu yalanın ömrü el arasında deyiləndən daha da qısa olacaq. Artıq sabah İranda "Çərşənbə Suri"dir.

Yəqin ki, tez-tez "vətən", "ədalət", "sücaət" və sair pafoslu sözlərdən istifadə edənlər bir gün öncə oxucularına yalan məlumat çatdırdıqlarını etiraf etməyə özlərində cəsarət tapacaqlar.

В этом разделе