Dəniz Baykal erməniləri müdafiə etdi

Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CXP) sədri Dəniz Baykal, Baş naziri Rəcəb Tayyib Ərdoğanın Türkiyədə qeyri-qanuni yaşayan ermənilərlə bağlı səsləndirdiyi bəyanata etiraz edib.

Müxaliət lideri Ərdoğanın bu bəyanatını dəhşətli və yersiz bəyanat kimi qiymətləndirib. O, Türkiyədə qeyri-qanuni yaşayan ermənilərin ölkədən çıxarılmasının qəbuledilməz olduğunu bildirib: “Bu dəhşətli və yersiz bir bəyanatdır. Türkiyəyə işləməyə gələn insanlardan bir münaqişənin həllində şantaj kimi istifadə edilməsi insan haqlarına ziddir”.

Qeyd edək ki, Dəniz Baykal Ermənistanla münasibətlərin Türkiyə Böyük Millət Məclisinin ümumi toplantısında müzakirə edilməsini tələb edib.

Xatırladaq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində Türkiyədə qeyri-qanuni yaşayan 100 min erməninin deportasiya oluna biləcəyi ilə bağlı İrəvana xəbərdarlıq edib.

ANS

В этом разделе