Türkiyənin Elazığ vilayətində güclü zəlzələ baş verib.
İsra.az internet qəzetinin Türkiyənin Hürriyət qəzetinə istinadən verdiyi xəbərə əsasən , episentri Elazığın Karakoçan qəsəbəsinə düşən zəlzələnin gücü 6 bal olub. İlkin məlumatlara görə zəlzələ nəticəsində 40dan artıq adam ölüb, 60dan çox yaralı var.
Türkiyə baş nazirinin müavini Cəmil Çiçək və 3 nazir zəlzələ bölgəsinə gediblər. Təbii fəlakət nəticəsində böyük dağıntılar baş verib, uçqunlar altından cəsədlər və yaralılar çıxarılır. Xilasetmə işləri davam edir.
Zəlzələ Tunceli, Malatya, Bingöl, Ərzurum və Diyarbəkirdə də hiss edilib.