Ərdoğan qəzəblənib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qərar Türkiyənin Baş nazirini də qəzəbləndirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, qanunun qəbul edilməsinə səs verənlərin əksəriyyəti hətta xəritədə Ermənistanı belə göstərə bilməz.

"ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qondarma soyqırım qanununu 23-22 səslə qəbul etdi. Nə oldu? İndi kim qazandı? Bu kimə sərf edir? Bu qanun kimin xeyrinədir? Amerikamı qazandı? Ermənistanmı qazandı? Tarix yenidən yazıldımı? Komitədə elə bir ssenari oynanıldı ki, bu bir komediyadır. Allah xatirinə tarixə belə baxıla bilərmi? O məclisdə səs verənlərin neçəsi Ermənistanın yerini xəritədə göstərə bilər?", deyə Ərdoğan bəyan edib

Ərdoğan qanunun qəbul edilməsinin Türkiyəyə heç bir formada zərər verməyəcəyini də söyləyib.

"İtirən biz olmayacağıq. İtirən, kiçik düşünənlər, intiqam duyğusuyla hərəkət edənlər olacaq. Biz işimizi görəcəyik. Biz kin, intiqam duyğusu, hirslə deyil, konstruktiv bir formada yolumuzda irəliləyəcəyik. Açıq söyləyirəm, Komitənin qərarı Türkiyəyə heç bir zərər verməz", deyə Ərdoğan bildirib.

ANS

В этом разделе