Hizbullah, İsrailin işğal altındakı Fələstin torpaqlarındakı tətbiqlərinə qarşı İslam ümmətinin təcili olaraq hərəkətə keçməyə çağırdı.
Hizbullah, İsrailin işğal altındakı Fələstin torpaqlarındakı tətbiqlərinə qarşı İslam ümmətinin təcili olaraq hərəkətə keçməyə çağırdı.
İsra.Az saytının İsraxəbərə istinadlı xəbərinə görə, Livan İslami Müqaviməti Hizbullah, İsrailin Qüdsdə tikəcəyi 50 min iqamətgahlıq məskunlaşma mərkəzinin, Qüdsün demoqrafik quruluşunu hədəf alacaq təhlükəli bir inkişaf olduğunu açıqladı.
İsrailin 50 min iqamətgahlıq məskunlaşma mərkəzi qərarını, Amerika Başçısı Köməkçisi Joe Bidenin bölgədə olduğu, İsrail ilə Amerika hökuməti arasındakı koordinasiyanın problemsiz irəlilədiyi bir zamana qədər gəlməsinin təsadüf olmadığını ifadə edən Hizbullah, Amerikanın Ərəb hökumətlərinin də köməyiylə İranı süni düşmən olaraq göstərmək surətiylə diqqətlərin Qüds üzərindən uzaqlaşdırıldığını söylədi.
Hizbullah “işğal torpaqlarında bu gün edilənlər, Fələstin iddiasını hərəkəti olaraq sona çatdırmağı hədəfləməkdədir. Bu vəziyyət, İslam və Ərəb ümmətindəki dini və siyasi mərcilərin, xalqların sürətli bir şəkildə hərəkətə keçməsini, İsrailin işlədiyi cinayətlərin dərəcəsində təsirli addımlar atmalarını zəruri etməkdədir” -dedi.
İslam Konfransı Təşkilatı və Ərəb Birliyini də təcili olaraq yığıncağa, İsrailin hücumlarına qarşı daşındırıcı tədbirlər almağa çağıran Hizbullah “Çünki bu təhlükənin yüngülə alınması, ümmətə indiyə qədər qarşı-qarşıya qaldığı fəlakətlərdən daha şiddətlisini yaşadacaq” -dedi.
Həmas, İslami Cihad, İslami Hərəkət və İhvanı Müslimin liderləri də ümməti Qüdsdəki təhlükənin fərqinə varmağa və təcili olaraq konkret addımlar atılması üçün hərəkətə keçməyə çağırmışdı.