İraqın şiə lideri ayətullah Sistani ölkə məsullarını dərhal parlamenti və daha sonra hökuməti formalaşdırmağa çağırıb

“Yeni hökumət qurmaq üçün koalisiya yaratmaq səyləri aylarla vaxt aparıa bilər, istənilən halda bu prosesi uzatmaq İraq xalqının xeyrinə deyil”

“Yeni hökumət qurmaq üçün koalisiya yaratmaq səyləri aylarla vaxt aparıa bilər, istənilən halda bu prosesi uzatmaq İraq xalqının xeyrinə deyil”

İraq şiələrinin dini lideri Ayətullah Sistani seçkilərin səs hesablanmasının tezliklə bitirilməsinə və yeni parlamentin və yeni hökumətin formalaşdırılmasına çağırıb. O bildirib ki, heç bir fraksiyanın mütləq və ya əksər çoxluq əldə edəcəyi gözlənilmir və yeni hökumət qurmaq üçün koalisiya yaratmaq səyləri aylarla vaxt aparıa bilər. İstənilən halda bu prosesi uzatmaq İraq xalqının xeyrinə deyil.
Xatırladırıq ki, mövcud vəziyyətlə əlaqədar hələ də İraqda səslərin 10%-i tam hesablanmayıb. İraqda parlament seçkilərinin natamam nəticələri baş nazir Nuri Əl-Malikinin rəhbərlik etdiyi siyasi koalisiyanın Bağdadda irəlidə getdiyini göstərir. İlkin hesablamalar cənab Malikinin yenidən baş nazir olma şanslarını artırır, amma bu da dəqiq deyil. Ona potensial rəqib kimi isə sabiq baş nazir İyad Ələvi görünür. 325 yerlik Nümayəndələr Şurasının 70 yeri Bağdadın payına düşür. Buna görə də Bağdadda qələbə hökumətə başçılıq etmək istəyən partiya üçün mühümdür.

BİRLİK İnformasiya Agentliyi (www.birlik.az, www.birlik.ws)

В этом разделе