Türkiyə sionistlərin təklifini rədd etdi

Türkiyə hökuməti dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırılmasına yardım göstərilməsi üçün sionistlərdən gələn təklifə rədd cavabı verib.

İslam-Azeri.az İnternet qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, rəsmi Ankara bəyan edib ki, hazırda heç bir dövlətin, o cümlədən də İsrailin yardımına ehtiyac duymur və fəlakət nəticələrini daxili imkanlar hesabına aradan qaldırmağa qadirdir.

Xatırladaq ki, martın 8-də Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində 57 nəfər həlak olub.

В этом разделе